Əbdüləziz ibn Abdullah əl-Əmmar: "İşğal olunmuş torpaqlar qeyd-şərtsiz azad olunmalıdır, bu, Azərbaycanın haqqıdır"

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov Səudiyyə Ərəbistanı Krallığı İslam, vəqflər, dəvət və irşad işləri nazirinin müavini Əbdüləziz ibn Abdullah əl-Əmmarın rəhbərlik etdiyi nümayəndə heyəti və Krallığın ölkəmizdəki səfiri Fəhd bin Əli əl-Düsəri ilə görüşmüşdür.
DQİDK-nin mətbuat xidmətindən bildirmişlər ki, qonaqları salamlayan H.Orucov Azərbaycanın bütün müsəlman ölkələri ilə münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd etmişdir. O, Səudiyyə Ərəbistanının ölkəmiz üçün xüsusi statusa malik olduğunu, bunun əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırmışdır. H.Orucov ümummilli liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ilk rəsmi səfəri Səudiyyə Ərəbistanına etdiyini və bu ölkə ilə münasibətlərin yüksək səviyyədə olmasına hər zaman xüsusi diqqət yetirdiyini bildirmişdir. Komitə sədri ulu öndərin xarici siyasətdə Səudiyyə Ərəbistanına xüsusi diqqətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Abdullah əl-Əmmar ölkəsi ilə Azərbaycan arasında dost və qardaş münasibətlərin olmasından məmnunluğunu ifadə etmişdir. O, Səudiyyə Ərəbistanının bütün dövlətlərin daxili və xarici siyasətlərinə hörmətlə yanaşdığını, ölkəsinin irq, din və məzhəb ayrı-seçkiliyini qəbul etmədiyini bildirmişdir: "Bu gün bütün dünyada yeni-yeni zərərli ideologiyalar, cərəyanlar yaranmaqdadır və biz çalışmalıyıq ki, maarifləndirmə işi aparmaqla insanlarımızı, xüsusilə də gənclərimizi bu zərərlərdən qoruyaq. Terrorçuluqla mübarizədə zəngin təcrübəyə malik ölkə kimi Səudiyyə Ərəbistanı hesab edir ki, ekstremizm və radikalizmin qarşısını almağın ən düzgün yolu maarifləndirməkdir".
H.Orucov torpaqlarımızın iyirmi ildir ermənilərin işğalı altında olduğunu, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş dörd qətnamənin hələ də icra edilməməsini təəssüflə qeyd etmişdir: "Ermənilər işğal etdikləri ərazilərimizdəki türbələri, məscidləri, ümumiyyətlə, İslam dininə aid bütün məbədləri vəhşicəsinə dağıtmışlar. Ən qəribəsi odur ki, bu erməni vəhşiliyi XX əsrin sonu - XXI əsrin əvvəllərində, sivilizasiyadan, ədalətdən danışan ölkələrin gözləri qarşısında baş verir və işğalçını hələ də öz adı ilə çağırmırlar".
Abdullah əl-Əmmar Səudiyyə Ərəbistanının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətinin birmənalı və dəyişməz olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, torpaqların qeyd-şərtsiz işğaldan azad olunması vacibdir. Çünki bu, Azərbaycanın haqqıdır və haqq heç zaman yerdə qalmır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
July, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında