Konstitusiya Məhkəməsinin sədri Kiyevdə beynəlxalq konfransda iştirak etmişdir

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Ukrayna Konstitusiya Məhkəməsinin sədri Anatoli Qolovinin dəvəti ilə Kiyev şəhərində keçirilən beynəlxalq konfransda iştirak etmişdir. 
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirmişlər ki, Ukrayna Konstitusiya Məhkəməsinin 15 illik yubileyinə həsr olunmuş beynəlxalq məhkəmə konfransında MDB və Avropa ölkələrinin konstitusiya məhkəməsinin sədrləri və tanınmış hüquqşünaslar konstitusiya hüququ mövzusunda müxtəlif müzakirələr aparmışlar.
Tədbirin proqramına uyğun olaraq konfransda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində insan hüquqları müdafiəsinin mexanizmi" mövzusunda çıxış etmişdir.
Səfər çərçivəsində, həmçinin Azərbaycan ilə Ukrayna arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında