Azərbaycan mediasında dil xüsusiyyətləri məsələsi müzakirə olunmuşdur

Sentyabrın 22-də Azərbaycan Mətbuat Şurasında "Mediada dil amili" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
Bu, şuranın Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı "Azərbaycan mediasında dil xüsusiyyətləri" layihəsi çərçivəsində keçirilən ikinci toplantıdır.
MŞ-nin sədri Əflatun Amaşov layihənin yekunlarına həsr olunmuş tədbirdə Azərbaycan mediasında dil xüsusiyyətlərindən danışmış, bu sahədə şuranın apardığı monitorinq barədə məlumat vermişdir.
Mediada ədəbi dil normalarının tez-tez pozulmasının müşahidə olunduğunu qeyd edən Ə.Amaşov KİV-lərdə ana dilindən istifadə xüsusiyyətlərinə dair monitorinqin nəticələrini açıqlamışdır. Bildirilmişdir ki, bu sahədə 21786 qanun pozuntusu qeydə alınmışdır. Araşdırmalar bir neçə istiqamətdə aparılmış, leksik, qrammatik və üslub pozuntuları müəyyən olunmuşdur. Qrammatik pozuntular - morfoloji və sintaktik qaydalara əməl olunmaması istiqamətlərində qeydə alınmışdır. Pozuntuların 305-i leksik, 2061-i morfoloji, 7418- sintaktik qaydalara əməl edilməməsi, 14056-sının üslub pozuntuları ilə bağlı olmuşdur. Leksik pozuntular əsasən dialekt və şivələrin, terminologiyaların və neologizmlərin istifadəsi ilə əlaqədar olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli , "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Xalq qəzeti"nin əməkdaşı İlham Abbasov və başqaları mövcud sahədəki problemlərin aradan qaldırılması yollarından danışmışlar. Onlar həyata keçirilmiş layihənin, aparılan monitorinqin mediada ədəbi dil normalarının pozulması hallarının aradan qaldırılmasına kömək edəcəyini bildirmişlər.
Mövzu ilə bağlı fikir mübadiləsi aparılmış, rəy və təkliflər səsləndirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında