Ştutqartda ermənilər layiq olduqları münasibəti qazanmışlar

Sentyabrın 16-da Baden-Vürtemberq federal əyalətinin (AFR) paytaxtı Ştutqart şəhərində "Ermənistan mədəniyyəti günləri" start götürmüşdür. Bu tədbir Ermənistanın müstəqilliyinin 20 illiyinə həsr edilmişdi. 
Xəbər verildiyi kimi, tədbirin təşkilatçıları bu fürsətdən istifadə edərək, "Ermənistan mədəniyyəti günləri" çərçivəsində və onun "kölgəsində" bütün ermənilərin "Arsax" adlı uğursuz layihəsini Almaniyada təbliğ etməyi planlaşdırırdılar. Bu məqsədlə sentyabrın 19-da "mədəniyyət həftəsi"nin mövzusuna heç bir aidiyyəti olmayan tamam başqa bir hadisənin - Azərbaycanın suveren ərazisinin bir hissəsində qanunsuz elan edilmiş, dünyanın heç bir dövləti tərəfindən tanınmamış qondarma "dağlıq qarabağ respublikası"nın "20-ci ildönümü"nə həsr edilmiş konsert verilməsi nəzərdə tutulurdu. Ermənilərin niyyətinə görə, həmin konsertdə Almaniyanın görkəmli siyasətçilərinin və rəsmi şəxslərinin iştirak etməsi, qondarma "dqr"-in Almaniyadakı saxta "daimi nümayəndəsi" Arutyun Qriqoryanın çıxışı, həmçinin bu fitnəkarlığın Almaniya KİV-lərində geniş işıqlandırılması nəzərdə tutulurdu.
Azərbaycanın AFR-dəki səfirliyi, Ştutqartdakı fəxri konsulluğu və bu ölkədəki Azərbaycan diaspor təşkilatları ermənilərin planlaşdırdığı təhrikçiliyin qarşısını almaq məqsədilə bir sıra mütəşəkkil praktiki tədbirlər görmüşlər. Azərbaycan tərəfi "Ermənistan mədəniyyəti günləri"nin təşkilatçılarının hərəkətlərini diqqətlə izləyərək aydınlaşdırdı ki, konsertin sponsorları qismində Baden-Vürtemberq federal əyalətinin hökumət nümayəndəsi konsertdə təbrik nitqi söyləməli idi. Sonradan məlum oldu ki, o vaxt həmin şəxs zahirən adi bir konsertin, əslində, ermənilər tərəfindən planlaşdırılmış təhrikçi "miatsumizasiya" olmasından bixəbər imiş. Konsert böyük bir zalda olmalı idi. Tədbirə dəvət edilənlərin sayına görə bu zalda boş yer qalmamalı idi.
Azərbaycan tərəfi həmin strukturların özəl sektora aid olmadığını, yəni Almaniyanın dövlət orqanlarını təmsil etdiyini nəzərə alaraq müvafiq məktublarla bu orqanlara müraciət etmişdi. Bir sıra görüşlər də keçirilmişdi. Azərbaycan səfirliyinin, Ştutqartdakı fəxri konsulluğun və AFR-də fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının gördüyü bütün tədbirləri açıqlamaq fikrində deyilik. Təkcə onu qeyd edək ki, görülmüş tədbirlərin ümumi kompleksi kifayət qədər sanballı mənzərə yaradırdı.
Qeyd etmək lazımdır ki, Almaniya tərəfi məsələnin mahiyyətini başa düşdüyünü nümayiş etdirərək, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına əsaslanan yeganə doğru mövqe tutmuşdur. Rəsmi Yerevan isə, təəssüf ki, bu normaları özünün bildiyi kimi və çox absurd şəkildə izah edir. Görünür, bu, Yerevan rəhbərlərinin təhsil və intellektual səviyyəsinin aşağı olmasından irəli gəlir. Xoşbəxtlikdən, bu cür "diplomatlar" yalnız Ermənistanın xarici siyasət idarəsinin divarları arasında yaşayır, Avropada, o cümlədən AFR-də isə dövlət orqanları öz fəaliyyətlərini sivil dünyada hamılıqla qəbul edilmiş normalar əsasında qururlar. Onların erməni həmkarları isə təəssüf ki, hələlik bu normaları bilmirlər.
Azərbaycan tərəfdən siqnal daxil olandan sonra AFR-in rəsmi strukturları dərhal yoxlama aparmağa başlamışdır. Bu yoxlamanın gedişində məlum olmuşdur ki, "mədəniyyət günləri"nin təşkilatçıları konsertin keçirilməsi üçün şəhər tərəfindən bina ayrılması barədə müqavilənin şərtlərini kobud şəkildə pozmuşlar. Müqavilənin şərtlərinə görə, zaldan istifadə edilməsinin məqsədi kimi orada sırf "mədəni tədbir" keçirilməli idi. Əslində isə, konsertin materiallarında və proqramında müqavilədə nəzərdə tutulmayan, üstəlik şübhəli xarakterli siyasət elementləri vardı.
Şəhər və əyalət hökumətləri tərəfindən aparılan yoxlama nəticəsində ermənilərin ənənəvi ikili oyun aparması da üzə çıxmışdır. Onlar konsertə hazırlıq dövründə uzun müddət beləcə ikili oyun aparmışlar. Tədbiri siyasiləşdirmək barədə öz həqiqi niyyətlərini gizlədərək almanlara burada hər şeyin yalnız "Ermənistan mədəniyyəti günləri" çərçivəsində musiqi proqramından ibarət olacağını bildirmiş, bütün bu müddət ərzində artıq hamının zəhləsini tökmüş "dqr" ideyasını əlaltından təbliğ etməyə çalışırdılar ki, sonradan bu fakta əsaslanaraq separatçıların təşkil etdiyi tədbirdə Almaniya rəsmi şəxslərinin iştirak etməsini bütün KİV-lərdə car çəksinlər. Görünür, bu başabəla təşkilatçılar hansı ölkədə olduqlarını unutmuşlar. Ermənilərə xas olan yalançılıq, adamaldatma və "siçan-pişik" oyunlarını bütün başqa avropalılar kimi almanlar da xoşlamırlar.
Azərbaycan tərəfinin atdığı qəti addımlar nəticəsində Almaniyanın dövlət strukturları beynəlxalq hüquq normalarını və ikitərəfli Azərbaycan-Almaniya münasibətlərinin dostluq xarakterli olmasını əsas götürərək, tədbirin təşkilatçılarından tələb etmişlər ki, onlar mədəniyyət günlərinin veb-saytından dünya xəritəsində mövcud olmayan psevdodövlətlər barədə hər hansı məlumatları dərhal çıxarsınlar, tədbirin nəzərdə tutulan mədəni çərçivəsindən kənara çıxmasınlar və onu siyasiləşdirməyə yol verməsinlər.
Eyni zamanda, Baden-Vürtemberq əyalətinin hökuməti və Ştutqart meriyası konsert adı altında bu şübhəli yığıncağa sponsorluq etməkdən qəti imtina etmişlər və təşkilatçıları məcbur etmişlər ki, bu oyunbazlığın sponsorları sırasında onların adlarını çəkməsinlər. Üstəlik, əyalət hökumətinin və şəhər meriyasının nümayəndələri konsertdə iştirakdan qəti imtina etmişlər və bununla əlaqədar öz qərarları haqqında təşkilatçılara müvafiq bildiriş göndərmişlər.
Erməni icmasının fəallarından biri, bütün bu iyrənc niyyətlərin "mənəvi atası" kimi vurnuxan Qurgen Ştutqart meriyasına çağırılmış, orada ondan qəti şəkildə tələb edilmişdi: ermənilərin tamaşaçılara "dqr"in Almaniyadakı "daimi nümayəndəsi" kimi təqdim etməyə hazırlaşdığı Arutyun Qriqoryan yalnız qeyri-rəsmi şəxs kimi çıxış etməli, psevdodövlətin hər hansı saxta "reqaliyalarına" istinad etməməlidir. Meriyada həmin Qurgendən tələb etmişlər ki, konsertə aidiyyəti olan bütün mətbu və elektron materiallara dərhal müvafiq dəyişikliklər edilsin. Ona həmçinin bildirilmişdi ki, söhbətin məzmunu barədə şəhər polis departamentinin rəisinə məlumat veriləcəkdir: adətən bu cür məlumatlar rəsmi hakim dairələr tərəfindən ciddi narazılığın indikatoru sayılır. Söhbətin yekununa əsasən, meriyanın Qurgenə göndərdiyi məktubda həmin söhbətin mahiyyəti yazılı şəkildə əks olunmuşdur.
Qurgen meriyada keçirdiyi şokdan sonra konsert ərəfəsində daha bir məktub almışdır. Bu dəfə birinci mer Mixael Föll tərəfindən imzalanmış məktubda ermənilərin ünvanına artıq sərt ultimatum səslənmişdi: təşkilatçılar sentyabrın 19-da saat 12:00-a qədər tədbirin internet saytından "Arsax Respublikasının Almaniyadakı daimi nümayəndəsi" barədə bütün məlumatları çıxarmalı və hansısa "tarixçi"nin sırf musiqili proqramla əsla uzlaşmayan çıxışını ləğv etməlidirlər. Bu gün erməni tarixşünaslığının necə bərbad vəziyyətdə olduğunu bildiyimizə görə, sivil Avropanın mərkəzində konsert zalının divarları arasında "hay"ların necə mənasız cəfəngiyyatlarının səslənə biləcəyini yalnız təsəvvür etmək olar. Şəhər hökuməti xəbərdarlıq etmişdi ki, ermənilər ultimatumun şərtlərini yerinə yetirməyəcəyi təqdirdə onlara bina verilməsindən imtina edəcəklər. Mixael Föll Qurgenin səmimiyyətinə şübhə etdiyini bildirmişdir. Görünür, Qurgen bundan əvvəl meriyada onunla aparılmış söhbətdən nəticə çıxarmamış və konsert proqramına dəyişikliklər etməyə tələsməmişdir. Aydındır ki, o, hər şeyin sovuşacağına ümid edirdi, amma elə şey olmadı! Bu isə o demək idi ki, Ştutqart şəhərinin hökuməti bu tədbirin təşkilatçıları olan ermənilərə etimadını tamamilə itirmişdir.
Biabırçı vəziyyətə düşmüş ermənilər son anda zalsız qalmamaq üçün şəhər hökumətinin bütün şərtlərini yerinə yetirməyə məcbur olmuşlar. Nəticədə konsert cəmi 30 nəfərin iştirakı ilə keçmiş və onların arasında bircə nəfər də alman olmamışdır. Ermənilərin əlindən gələn yalnız bu olmuşdur ki, heç bir sponsoru olmayan, nəinki rəsmi şəxslərin, hətta bu şəhərdə yaşayan sıravi almanların etinasızlıq göstərdiyi, boş zalda öz aralarında laqqırtı vurmuşlar.
Bu tədbirlə, eyni zamanda, konsert zalının girişi qarşısında küçədə Azərbaycan diaspor təşkilatları piket keçirmişlər. Piket iştirakçılarının sayı (təxminən 60 nəfər) zaldakı tamaşaçıların sayından 2 dəfə çox idi. Piketçilər əllərində Azərbaycan ərazisinin 20 faizini işğal etmiş Ermənistanı pisləyən plakatlar və transparantlar tutmuşdular. Aksiya iştirakçıları oradan keçən adamlara bu aksiyanın mahiyyətini izah edən mətbu materiallar, eləcə də Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan tərəfindən işğal olunmasını əks etdirən kompakt disklər paylamışlar. Almanların çoxu ayaq saxlamış və nə baş verməsi ilə maraqlanmışlar. Piketçilər bu adamlara bildirmişlər ki, hazırda konsert kompleksinin binasında təcavüzkar dövlət tərəfindən təşkil edilmiş və irqi ayrı-seçkiliyi təbliğ edən konsert gedir. Piketçilər Almaniyanın dövlət strukturlarına göndərilmiş məktubların surətlərini almanlara vermişlər. Piket iştirakçıları Ermənistan tərəfindən Xocalıda və Azərbaycanın digər şəhərlərində törədilmiş hərbi cinayətlər haqqında söhbət açmış, onlara zəruri informasiya materialları əlavə etmişlər. Almanların rəsmi şəxslərinin bu qalmaqallı tədbirdən birmənalı şəkildə uzaqlaşmaları barədə xəbər almanlara dərhal təsir etmişdir. Bu, onlar üçün vacib idi.
Piketi müşahidə edən polis işçisi aksiya başa çatandan sonra iştirakçılara yaxınlaşmış və aksiyanın yüksək səviyyədə təşkil olunmasına görə təşəkkür etmişdir. Polis nəfərlərindən biri elə belə də demişdir: "Biz çoxdan bəri bu cür yüksək mütəşəkkillik görməmişdik".
Ermənilərin Ştutqartdakı niyyəti tamamilə puç olmuşdur. Bu tədbirin təşkilatçıları çox güclü əks-səda doğurmağa, "dqr" üçün hay-küylü piara ümid edirdilər. Onlar müəyyən mənada istəklərinə çatdılar, həqiqətən güclü əks-səda yarandı, lakin mənfi işarəli əks-səda. Nəticə erməni tərəfi üçün tam biabırçılıq olmuşdur. Sözün hərfi mənasında hamı - siyasi partiyalar, Baden-Vürtemberq federal əyalətinin hökuməti, Ştutqart meriyası, Mədəniyyət Nazirliyi, xarici siyasət idarəsi, hətta adi klerklər də separatçıların şərəfinə konsertdən üz döndərmişlər. Rəsmi hakim dairələr bu qalmaqallı tədbirə sponsorluqdan qəti imtina etmişlər və öz nümayəndələrinin həmin tədbirdə iştirakını ləğv etmişlər. Onlar hətta belə hallar üçün ənənəvi sayılan iştirakçılara təbrik müraciəti göndərməkdən də imtina etmişlər. Almaniya tərəfi təşkilatçıları məcbur etmişdir ki, onlar konsert materiallarında Almaniyanın rəsmi qurumlarının adlarını və özündən bədgüman Qriqoryanın saxta reqaliyalarını səsləndirməsinlər.
Beləliklə, bu təhrikçi yığıncağın təşkilatçıları Yerevandan aldıqları sifarişi tamamilə heçə endirərək rəsmi orqanlar və sıravi almanlar tərəfindən layiq olduqları münasibəti qazanmışlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında