Cenevrədə EANA-nın konfransı keçirilmişdir

Sentyabrın 22-də Cenevrədə Avropa Xəbər Agentlikləri Alyansının (EANA) "İnformasiya agentliyi və sosial medianın problemləri" mövzusunda konfransı keçirilmişdir. 
Konfransda Azərbaycanı bu nüfuzlu təşkilatın üzvü olan Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktoru Aslan Aslanov və agentliyin xarici dillərdə informasiya redaksiyasının baş redaktoru vəzifəsini icra edən Orxan Muradov təmsil etmişlər.
Tədbirdə dinlənilən təqdimatların çoxu sosial şəbəkələrə və tətbiqi proqramlara marağın görünməmiş dərəcədə artdığı indiki dövrdə xəbər agentliklərinin üzləşdiyi çağırışlarla bağlı idi. Media məsləhətçisi Mario Qarsia öz çıxışında demişdir: "Sosial mediada hər kəs jurnalist ola bilər". M.Qarsia həm də sosial media vasitələrinin köməyi ilə KİV-istifadəçi qarşılıqlı əlaqəsinin vacibliyini vurğulamışdır.
Konfransda çıxış edənlər "Ərəb baharı" dövründə və Norveçdə terror aktı zamanı sosial jurnalistikanın rolu məsələsinə toxunmuşlar.
Tədbirdə "Facebook" və "Twitter" kimi sosial şəbəkələrdə informasiyadan istifadə edilməsinin müsbət və mənfi cəhətləri barədə geniş diskussiya aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında