Səudiyyə Ərəbistanı Krallığının milli bayramı şərəfinə

Sentyabrın 22-də Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Sahd bin Əli əl Düsəri qonaqları salamlayaraq Səudiyyə Ərəbistanı Krallığının inkişaf tarixi barədə məlumat vermişdir. Diplomat qeyd etmişdir ki, Səudiyyə Ərəbistanı Krallığını Azərbaycan ilə yüksək qardaşlıq əlaqələri birləşdirir. Bu əlaqələr qarşılıqlı hörmətə, səmimi qardaşlığa, bunu daha da gücləndirən islam irsinə və müştərək tarixə əsaslanır. Səudiyyə Ərəbistanı Ərəb Dövlətləri Liqasına üzv ölkələrlə birgə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının növbəti dövr üçün qeyri-daimi üzvlüyünə namizədliyinin dəstəklənməsinə dair qərar qəbul etmişdir.
Səfir qeyd etmişdir ki, bu gün bəzi səudiyyəli investorların Azərbaycana gəlməsinin, habelə azərbaycanlı sərmayədarların da Krallığa getməsinin şahidi oluruq. Bunun cari ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin daha da artacağına ümidlər yaratdığını deyən diplomat bildirmişdir ki, Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan Respublikası ilə əlaqələrin möhkəmlənməsi xəttini bundan sonra da davam etdirəcəkdir.
Çıxış edən təhsil naziri Misir Mərdanov Prezident İlham Əliyevin adından mərasim iştirakçılarını təbrik etmiş, Səudiyyə Ərəbistanının xalqına sülh və əmin-amanlıq arzulamışdır.
M.Mərdanov vurğulamışdır ki, Səudiyyə Ərəbistanı Krallığı Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir qeyd etmişdir ki, Krallıq Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Biz bunu yüksək qiymətləndiririk.
İkitərəfli münasibətlərdən danışan M.Mərdanov bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin 1994-cü ildə və Prezident İlham Əliyevin 2005-ci ildə Səudiyyə Ərəbistanına səfərləri əlaqələrimizin hərtərəfli inkişafı üçün yeni imkanlar açmışdır. Bizim bir çox, o cümlədən elm və təhsil sahəsində əlaqələrimiz yüksək səviyyədədir.
Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında