Şərur rayonunun Siyaqut kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir

Sentyabrın 21-də Şərur rayonunun Siyaqut kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.
Siyaqut-Yuxarı Aralıq avtomobil yolunun açılış mərasimində kənd sakini Dilavər Məmmədov sakinlər adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yolun açılışını bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, Siyaqut-Yuxarı Aralıq yolunun uzunluğu 2,4 kilometrdir. Yenidənqurma işləri zamanı Naxçıvan-Sədərək avtomagistralından başlayan yolun yatağı genişləndirilmiş, əsas hissəsinin eni 7,2 metrə çatdırılmış, 7 santimetr qalınlığında asfalt örtük salınmışdır. Arpaçay üzərində yerləşən və Siyaqutla Yuxarı Aralıq kəndini birləşdirən körpü yenidən qurulmuşdur.
Siyaqut kənd tam orta məktəbinin yeni binası da istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov, məktəbin müəllimi Həbibə Həbibova çıxış etmişlər. Vasif Talıbov məktəbin yeni binasının istifadəyə verilməsi münasibətilə kənd sakinlərini, müəllim və şagirdləri təbrik etmişdir.
Ölkəmizdə təhsilə göstərilən diqqət və qayğının əsasının ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə - ötən əsrin 70-ci illərində qoyulduğunu qeyd edən Ali Məclisin sədri Azərbaycan dövlətinin təhsilə göstərdiyi yüksək qayğıdan Siyaqut kənd tam orta məktəbinə də pay düşdüyünü bildirmiş, qazanılan nailiyyətlərə görə məktəbin pedaqoji kollektivini təbrik etmiş, Azərbaycanın gələcəyi üçün gənc nəslin yetişdirilməsi sahəsində qarşıda duran vəzifələrin yerinə yetirilməsində pedaqoji kollektivə uğurlar arzulamışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında