Qafqaz Müsəlmanları İdarəsinin sədri Mədinədə keçirilmiş "Təkfir amili fenomeni" adlı beynəlxalq konfransda iştirak etmişdir

Sentyabrın 20-21-də Səudiyyə Ərəbistanı Krallığının Mədinə şəhərində "Təkfir amili fenomeni" adlı beynəlxalq konfrans keçirilmişdir.
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən bildirmişlər ki, konfransda ölkəmizi Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.
İki Müqəddəs Ocağın xadimi Kral Abdullah bin Əbdüləziz Al Saud və Səudiyyə Ərəbistanı Baş nazirinin ikinci müavini, daxili işlər naziri Əmir Naif bin Əbdüləziz Al Saudun təşəbbüsü ilə keçirilən konfransda müsəlman dövlətlərinin dini işlər və vəqflər nazirləri, müftilər və dini icma rəhbərləri, tanınmış din xadimləri iştirak etmişlər.
Konfrans çərçivəsində A.Paşazadə İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, Türkiyə və Küveytin dini işlər və vəqflər nazirləri, Livan müftisi ilə görüşlər keçirmişdir. Görüşlərdə ikitərəfli əməkdaşlıq, qarşılıqlı səfərlər və informasiya mübadiləsi məsələləri müzakirə olunmuşdur.
Əmir Naif bin Əbdüləziz Al Saud ilə görüşdə şeyxülislam Səudiyyə Ərəbistanının rəhbərliyinə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırmışdır. Baş nazirin ikinci müavini də onun salamlarını dövlətimizin başçısına çatdırılmasını xahiş etmiş, ölkəsinin Azərbaycan ilə ikitərəfli əməkdaşlığın inkişafına xüsusi diqqət yetirdiyini vurğulamışdır. O qeyd etmişdir ki, Səudiyyə Ərəbistanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyəcəkdir.
İSESKO-nun baş direktoru ilə keçirilmiş görüşdə Azərbaycanın birinci xanımı, Heydər Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilmişdir.
Səfər çərçivəsində azərbaycanlı zəvvarların builki həcc ziyarəti ilə bağlı məsələlər də müzakirə edilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında