Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində "dəyirmi masa"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir.
Dövlət Komitəsinin sədri Hidayət Orucov tədbir iştirakçılarını bu əlamətdar hadisə münasibətilə təbrik etmişdir. O, müstəqil Azərbaycanın inkişafının əsas mərhələləri üzərində dayanaraq qeyd etmişdir ki, Ermənistanın hərbi təcavüzünə və bizim torpaqları işğal etməsinə baxmayaraq, Azərbaycan böyük uğurlar qazanmış, sürətli iqtisadi inkişafa nail olmuşdur.
H.Orucov vurğulamışdır ki, müstəqillik illərində Azərbaycan təkcə sosial-iqtisadi sahədə uğurlar qazanmaqla kifayətlənməyib həm də vicdan və dini etiqad azadlığını təmin etmişdir.
Dinlərarası və mədəniyyətlərarası dialoq mərkəzinə çevrilmiş ölkəmizin tolerantlığı dünya dövlətləri üçün nümunə olmuşdur.
Sonra Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini hacı Eldar Mikayılov, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının başçısı Aleksandr, Azərbaycan dağ yəhudiləri icmasının rəhbəri Semyon İxiilov, digər dini icmaların rəhbərləri qeyd etmişlər ki, ölkəmizdə dini dözümlülük və tolerantlıq ümummilli lider Heydər Əliyevin dövlət-din konsepsiyasına uyğun olaraq təcəssüm tapmışdır. Hazırda Prezident İlham Əliyev bu kursu uğurla davam etdirir. Müsəlman, yəhudi və pravoslav məbədlərinin bərpası və inşası üzrə ardıcıl tədbirlər həyata keçirilir.
Milli mədəni və mənəvi dəyərlərin qorunub saxlanmasında, onların dünyada təbliğ edilməsində Heydər Əliyev Fondunun və onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın böyük rolunu da qeyd etmək lazımdır.
Bildirilmişdir ki, Azərbaycan dövləti vətəndaşların mənəvi seçiminə hörmətlə yanaşır, lakin hər hansı ekstremizm, dözümsüzlük təbliği cəhdlərinin qarşısı qətiyyətlə alınmışdır və bundan sonra da alınacaq, dindən siyasi məqsədlər üçün istifadə edilməsinə imkan verilməyəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında