Azərbaycan Avropa Şurası ilə bütün sahələrdə, o cümlədən ədliyyə-hüquq sahəsində səmərəli əməkdaşlıq edir

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Azərbaycanda səfərdə olan Avropa Şurasının hüquq üzrə ekspertləri ilə görüşmüşdür. 
Ədliyyə Nazirliyindən bildirmişlər ki, F.Məmmədov Azərbaycanın Avropa Şurası ilə bütün sahələrdə, o cümlədən ədliyyə hüquq sahəsində səmərəli əməkdaşlıq etdiyini vurğulamış, ölkəmizdə həyata keçirilən uğurlu məhkəmə-hüquq islahatları barədə məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycanda yeni məhkəmələr yaradılır, hakimlərin sayı artırılır, hakimliyə namizədlər Avropada ən mütərəqqi və şəffaf qaydalarla seçilir və həyata keçirilən tədbirlərdə Avropa Şurası da fəal iştirak edir.
Azərbaycana səfərdən məmnun qaldıqlarını vurğulayan qonaqlar məhkəmə-hüquq sistemində əldə olunmuş nailiyyətlərlə, o cümlədən hakimlərin seçim qaydaları ilə yaxından tanış olaraq, onları təqdir etmiş, faydalı təcrübə mübadiləsi aparmışlar.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyində olmuşlar.
Səfər çərçivəsində ekspertlər ölkəmizdə məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə görülən işlərə böyük maraq göstərərək, Ali Məhkəmənin yeni binasına, habelə müasir tələblərə uyğun yeni inşa edilən məhkəmə binalarına baş çəkmişlər. Qonaqlar qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə də görüşmüş, Ədliyyə Akademiyasında icbari təlim keçən namizədlər qarşısında çıxış etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında