"Cavad xan" filmi Polşada göstərilir

Mədəniyyət və Turizm Nazirliyi və "Ulusfilm" Prodüser Mərkəzinin təşkilatçılığı ilə "Cavad xan" filmi Polşanın paytaxtı Varşavanın mərkəzi kinoteatrında göstərilir.
Tarixi janrda çəkilmiş bu ekran əsəri Rusiya Federasiyasında və Macarıstanda nümayiş etdirilmiş və tamasaçıların böyük marağına səbəb olmuşdu.
"Ulusfilm" Prodüser Mərkəzinin rəhbəri Gəray Əlibəyovun verdiyi məlumata görə, film polyak dilinə tərcümə edilib. Nümayişlə əlaqədar olaraq filmin ssenari müəllifi Sabir Rüstəmxanlı, quruluşçu rejissoru Rövşən Almuradlı, filmin əsas rollarından birinin ifaçısı xalq artisti Amaliya Pənahova Polşadadırlar. Sentyabrın 16-dan başlanan filmin nümayişi 20-dək davam edəcək.
Mədəniyyət tədbiri çərçivəsində təşkil olunan ziyafətdə Azərbaycan mətbəxindən nümunələr təqdim olunur, iki ölkənin prodüser mərkəzləri arasında qarşılıqlı görüşlər keçirilir.
Bildirək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən "Cavad xan" filmi bu ölkədə də böyük maraqla qarşılanır.

{nl}

M.MÜKƏRRƏMOĞLU,"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında