Astarada "Neftçilər günü" qeyd olunmuşdur

Respublikamızın hər yerində olduğu kimi, Astarada da Azərbaycanın neft və qaz sənayesi işçilərinin peşə bayramı - "Neftçilər günü" münasibətilə bayram tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri qoymuş, Heydər Əliyev Mərkəzində ulu öndərin zəngin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxmışlar.
Astara Magistral Qaz Kəmərləri Sahəsində keçirilən tədbiri sahənin rəisi Cəbrayıl Salmanov açaraq qonaqları salamlamış, bayram sevincini onlarla bölüşdüklərinə görə təşəkkürünü bildirmişdir.
Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Astara MQKS-nin rəisi C.Salmanovun peşə bayramı münasibətilə məruzəsi dinlənilmişdir.
Tədbirdə çıxış edənlər həmkarlarına təbriklərini çatdırmış, uğurlar arzulamışlar . Astara Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Azərbaycanda neft və qaz sənayesinin zəngin tarixə malik olduğunu, xalqımızın dahi oğlu, əbədiyaşar lider Heydər Əliyevin neft və qaz sənayesinin inkişafında, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanmasında çox böyük xidmətlər göstərdiyini vurğulamışdır. Natiq, ulu öndərin siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin neft və qaz sənayesində yeni layihələrin həyata keçirilməsində, Bakı-Tibilisi-Ceyhan neft ixrac kəmərinin işə salınmasında, xarici dövlətlərə qaz ixracı sahəsində mühüm təşəbbüslər və dəyərli fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır. O, rayonun qaz təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik etmiş, fəaliyyətlərində uğurlar arzulamışdır. T.Qaraşov bildirmişdir ki, rayonun yaşayış məntəqələrinə təbii qazın verilməsinin bərpa edilməsi, əhalinin fasiləsiz yanacaqla təmin olunması sahəsində mühüm işlər görülmüşdür və məqsəd bütün yaşayış məntəqələrini təbii qazla təchiz etməkdir.
Sonra qaz təsərrüfatı sahəsinin fəal işçilərinə fəxri fərman və hədiyyələr təqdim edilmişdir. Tədbirin sonunda Astara Magistral Qaz Kəmərləri Sahəsində və Qaz İstismarı Sahəsində çalışan 99 işçi Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilmiş, bir qrup işçiyə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunmuşdur.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında