Azərbaycandan Avropa Məhkəməsinə daxil olan iddiaların cəmi 3 faizi icraata götürülmüşdür

Avropa İnsan Haqları Məhkəməsi quruma üzv ölkələrlə bağlı çıxarılmış hökmlərin statistikasını açıqlamışdır
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qurumda təmsil olunmuş ölkələrə dair bu məhkəmə instansiyası tərəfindən çıxarılmış hökm və iddiaların statistikasını açıqlayıb. APA-nın Avropa Məhkəməsinin saytına istinadən verdiyi məlumata görə, ümumi statistika daha çox qeydə alınan pozuntu faktlarını, çıxarılan hökmlərin xüsusiyyətini və qərarları əks etdirir. Statistikaya əsasən, Azərbaycana dair baxılmış işlərin 20 faizi mülkiyyət hüququnun, 19 faizi ədalətli məhkəmə hüququnun pozulması, 13 faizi məhkəmə qərarlarının icra edilməməsi, 12 faizi azadlıq və təhlükəsizlik hüququnun pozulması, digərləri isə başqa hüquqların pozulması ilə əlaqədardır.
Avropa Məhkəməsi müraciətlərlə bağlı hökmlərin 90 faizini iddiaçıların xeyrinə çıxarmışdır. Statistikada qeyd olunur ki, İnsan Hüquqlar üzrə Avropa Məhkəməsinə Azərbaycandan daxil olan iddiaların cəmi 3 faizi icraata götürülüb, 97 faizi isə qəbul edilməmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında