Sarısu gölündə dağılmış bəndin bərpa işləri davam etdirilir

İşlər iki gün ərzində başa çatdırılacaqdır
Saatlı rayonunda Sarısu gölündəki dağılmış bənddə bərpa işləri davam etdirilir. Əraziyə aidiyyəti qurumların texnika və canlı qüvvəsi cəlb edilmişdir. Şirvan şəhərində də bəndbərkitmə işləri görülür.
Prezident İlham Əliyevin təbii fəlakət zonasında aparılan işlərlə bağlı verdiyi tapşırıqlar sürətlə həyata keçirilir. İmişli və Saatlı rayonlarının sərhədində yerləşən Sarısu gölü ətrafında qoruyucu bəndin iki istiqamətində dağılmış hissələri bərpa edilir. Kür çayı boyunca uzanan 22 kilometrlik qoruyucu bəndin bir istiqamətində bərpa işləri artıq başa çatmaq üzrədir. Bərpa işləri 24 saat fasiləsiz davam etdirilir. Fövqəladə Hallar, Müdafiə, Daxili İşlər nazirliklərinin, "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin canlı qüvvələri və texnikası əraziyə səfərbər olunmuşdur. Əraziyə torpaq və beton materiallar daşınır.
Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev bildirmişdir ki, bəndin dağılmış iki hissəsi arasında məsafə təxminən 40 metrdir. Birinci hissədə artıq bərpa işləri gedir. Bir çox çətinliklərin olmasına, o cümlədən maşınların, texnikanın əraziyə gəlməsində problemlər yaranmasına baxmayaraq, artıq işin 40 faizi yerinə yetirilmişdir. Vəziyyət nəzarət altındadır.
Nazir müavini vurğulamışdır ki, bənddə bərpa işləri iki gün ərzində başa çatdırılacaqdır.
Şirvan şəhərindəki İsmət Qayıbov adına Parkın yaxınlığında da sızmalar baş vermişdir. Suyun qarşısını almaq məqsədi ilə bəndbərkitmə işləri aparılır. Bu işlərə Daxili Qoşunların şəxsi heyəti və "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin canlı qüvvə və texnikası, həmçinin yerli sakinlər cəlb olunmuşdur.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında