Cəbhədə vəziyyət yenidən gərginləşmişdir

Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 19-da saat 23.00-dan 23.15-dək Ermənistanın İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Ağstafa rayonu ərazisindəki adsız yüksəkliklərdə, saat 22.05-dən 22.15-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 22.35-dən 22.40-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında, saat 22.05-dən 22.10-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında, saat 22.20-dən 22.30-dək və 23.10-dan 23.25-dək isə Tərtər rayonunun Göyarx və Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən ordumuzun mövqelərini atəşə tutmuşlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ermənilər sentyabrın 19-da və 20-də cəbhənin digər istiqamətlərində də atəşkəsi pozmuşlar. Düşmən tərəf sentyabrın 19-da saat 11.15-dən 11.20-dək və sentyabrın 20-də 04.40-dan 05.00-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Mehdili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 04.40-dan 05.00-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar. Düşmən cavab atəşi ilə susdurulmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında