Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 340 manat təşkil edir

Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, Azərbaycanda neft sənayesində çalışmış pensiyaçıların sayı 25 min nəfərə yaxındır. Neftçilərin orta aylıq pensiya məbləği isə hazırda 340 manat təşkil edir.
Məlum olduğu kimi, 2001-ci ildə ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə sentyabr ayının 20-si "Neftçilər Günü" elan edilmişdir və bu tarix Azərbaycanda həmin vaxtdan etibarən "Neftçilər Günü" kimi qeyd olunur. Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra neftçilərimizin əməyi yüksək dövlət qayğısı ilə əhatə olunmuşdur. Neftçilərə göstərilən belə dövlət qayğısının əyani göstəricilərindən biri də onların pensiya təminatı ilə bağlıdır və bu sahədən pensiyaya çıxanlar bir sıra imtiyazlara malikdirlər. Neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar başqa sahələrdə işləyənlərə nisbətən 6 il tez pensiyaya çıxmaq hüququ qazanırlar.
Xüsusi olaraq qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sisteminin ən fəal iştirakçısıdır. Belə ki, şirkət həm fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayına, həm də məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə sığortaedənlər arasında ən böyük xüsusi çəkiyə malikdir. Bu ilin 8 ayı ərzində ARDNŞ tərəfindən Dövlət Sosial Müdafiə Fonduna neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 75,4 milyon manat məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında