BTC Avrasiya regionunda ən iri və nadir mühəndis qurğularından biri olaraq dünyada enerji təhlükəsizliyinin əsas elementlərindəndir

Hazırda ABŞ, Çin, İngiltərə, Almaniya, Fransa, Hindistan, İsrail, Koreya Respublikası, Braziliya da daxil olmaqla, Azərbaycandan dünyanın 33 ölkəsinə xam neft və neft məhsulları ixrac edilir. 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirmişdir ki, ilkin neftin dünya bazarlarına çıxarılması üçün 1997-ci ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa neft boru kəmərləri istifadəyə verilmişdir. Hər birinin ötürücülük gücü ildə 6 milyon ton təşkil edən həmin kəmərlər bu gün də Azərbaycan neftinin müxtəlif istiqamətlər üzrə nəql edilməsində mühüm rol oynayır. Lakin Azərbaycanın neft nəqli sisteminin başlıca arteriyası, əlbəttə ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməridir. Haqlı olaraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin uğurlu neft strategiyasının şah əsəri sayılan bu misilsiz layihə məhz ulu öndərin gərgin səyləri nəticəsində 2006-cı ildə gerçəkləşmişdir. BTC əsas ixrac boru kəməri Avrasiya regionunda ən iri və nadir mühəndis qurğularından olaraq dünyada enerji təhlükəsizliyinin əsas elementlərindən biridir və Azərbaycan neftinin təhlükəsiz və fasiləsiz ixracında əvəzedilməz rol oynayır. BTC, eyni zamanda, beynəlxalq enerji təhlükəsizliyi sistemi baxımından, eləcə də neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər, xüsusilə Mərkəzi Asiya dövlətləri üçün də müstəsna əhəmiyyət kəsb edir.
Hazırda sutkada 40-50 min barrel həcmində Türkmənistan nefti BTC vasitəsilə Azərbaycan ərazisindən tranzitlə Avropa bazarlarına ötürülür. BTC kəmərinin illik ötürücülük qabiliyyəti 60 milyon tona çatdırılmışdır. Bu həcmin artırılması istiqamətində mütəmadi iş aparılır. Hazırda BTC sutkada 1,2 milyon barrel neftin Səngəçal terminalından Aralıq dənizi sahillərinə ixrac edilməsinə imkan yaradır. Ötən müddətdə bu kəmərlə 166 milyon tondan artıq Azərbaycan nefti, 3 milyon tona yaxın Türkmənistan nefti nəql olunmuşdur.

{nl}

AzərTAc

{nl}



© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında