Avropa Komissiyası Azərbaycan ilə viza rejiminin sadələşdirilməsinə dair danışıqlara başlamağı təklif etmişdir

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, Avropa Komissiyası sentyabrın 19-da qısamüddətli vizaların verilməsi prosedurasının sadələşdirilməsi, həmçinin Aİ ilə ölkəmiz arasında qeyri-leqal miqrantların readmissiyası ilə bağlı danışıqlara başlamağı təklif etmişdir.
"Viza verilməsi qaydalarının sadələşdirilməsi Aİ ilə Azərbaycan arasında əməkdaşlıq və təcrübə mübadiləsini yaxşılaşdıracaqdır. Viza rejiminin sadələşdirilməsi və readmissiya - "Şərq tərəfdaşlığı" proqramının uğurlu nəticələridir və bilirəm ki, bu həmin ölkələrin vətəndaşları üçün nə qədər mühüm əhəmiyyət kəsb edir", - deyə Aİ-nin daxili işlər üzrə komissarı Sesiliya Malmstrem vurğulamışdır.
Aİ-nin Avropa Qonşuluq Siyasəti və genişlənmə üzrə komissarı Ştefan Füle isə bildirmişdir ki, viza rejiminin sadələşdirilməsi yolu ilə əlaqələrin inkişafı sosial-iqtisadi inkişaf və qarşılıqlı fəaliyyət baxımından çox mühümdür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında