Niderlandda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında xüsusi roluna dair geniş təqdimat

Niderlandın Rotterdam şəhərində 20 sentyabr - Azərbaycan neftçilərinin peşə bayramı günü münasibətilə "Xəzər regionunda neft və təbii qaz imkanlarının aşkarlanması" adlı konfrans keçirilmişdir. 
Azərbaycanın Niderlanddakı səfirliyindən bildirmişlər ki, Neftçilər günü ərəfəsində keçirilən konfransda bu ölkədə akkreditə olunmuş diplomatlar, enerji sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətlərin rəhbərləri, dövlət və maliyyə qurumlarının, tədqiqat mərkəzlərinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə Xəzər dənizi regionunda xüsusən Azərbaycan və Qazaxıstanda neft və qaz sahələrinin inkişafı, sərmayələrin qoyuluşu və bölgənin enerji resurslarının dünya bazarlarına nəqli imkanları ətrafında müzakirələr aparılmışdır.
Azərbaycanın Niderlanddakı səfiri Fuad İsgəndərov "Avropa İttifaqının enerji təhlükəsizliyi: Yeni imkanlar. Azərbaycandan baxış" mövzusunda geniş təqdimatla əsas məruzəçi qismində çıxış etmişdir.
Təqdimatda Azərbaycanda neft və qaz sahələrinin inkişafından, ölkənin enerji strategiyasının əsas prinsiplərindən, xarici sərmayəçilər üçün yaradılmış imkanlardan və s. bəhs olunmuşdur.
Diplomat Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu barədə iştirakçılara ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Xəzər regionunda yerləşən idxalçı ölkələrdən təbii qazın Avropaya nəql edilməsi həlledici məsələyə çevrilir və Azərbaycan hökuməti bununla bağlı çoxşaxəli siyasət həyata keçirir.
Azərbaycanlı diplomat enerji daşıyıcılarının nəqli üçün hazırda istifadə olunan neft və qaz kəmərlərindən, eyni zamanda, gündəmdə olan yeni layihələrdən də danışmışdır. Səfir Avropa İttifaqı tərəfindən Xəzər regionundan qazın Cənub dəhlizi ilə Avropaya nəql edilməsinə dair Azərbaycan və Türkmənistan hökumətləri arasında danışıqların başlanması məqsədilə Avropa Komissiyasına mandatın verilməsi məsələsini vurğulamışdır.
F.İsgəndərov iştirakçılara bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Xəzər dənizinin Azərbaycana aid hissəsində yeni böyük "Abşeron" təbii qaz yatağının aşkar edilməsi haqqında mətbuata açıqlama verdiyini diqqətə çatdırmışdır.
Enerji üzrə mütəxəssis John Roberts, İTE Group şirkətinin neft-qaz bölməsinin rəhbəri Graeme Coombes, "Deloitte Consulting" şirkətinin nümayyəndəsi Martin de Jong, Niderlandın İNG Bankın nümayyəndəsi John de Lange və "Salans" beynəlxalq hüquq şirkətinin Bakı bölməsinin rəhbəri James Hoganın çıxışlarında Azərbaycanda xarici şirkətlərin səmərəli fəaliyyətləri üçün yaradılmış imkanları xüsusi vurğulamışlar. Məruzəçilər ölkəmizi Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatında ən etibarlı və perspektivli tərəfdaş kimi qiymətləndirmişlər.
Sonda F.İsgəndərov iştirakçıların suallarını cavablandırmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında