Masallıda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilmişdir

Bu günlərdə 70 saylı Masallı şəhər seçki dairəsinin inzibati binasında dairə seçki komissiyasının katibləri, üzvləri, məntəqə seçki komissiyasının sədrləri üçün seçki hüquqları üzrə ixtisaslaşdırılmış kurslar keçirilmişdir.
Dairə seçki komissiyasının sədri Ayıq Səmədov kursların açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamının icrası ilə əlaqədar qarşıya qoyulan vəzifələrdən söhbət açmışdır.
Kurslarda Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü Tofiq Həsənovun "Bələdiyyə seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətinin təşkili", Masallı Rayon İcra Hakimiyyəti ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Seyfəddin Əliyevin "Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasında səlahiyyətlər daxilində şərait yaradılması və s. bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu, onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması", rayon məhkəməsinin sədri Cahangir Nəsibovun "Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizimləri", polis şöbəsi rəisinin müavini Allahşükür Zahidovun "Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyini təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu. Onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri", 70 saylı Masallı şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri Ayıq Səmədovun "Seçki prosesində yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri", rayon prokuroru Rizvan Həsənovun "Seçki subiyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik sistemi və məsuliyyət növləri" mövzularinda mühazirələri dinlənilmişdir. Dinləyiciləri maraqlandıran suallar cavablandırılmışdır.
Üç gün davam edən ixtisaslaşdırılmış kurslarda dinləyicilər üçün seminarlar təşkil edilmişdir.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında