Babək rayonunda yeni sosial obyektlər istifadəyə verilmişdir

Sentyabrın 19-da Babək rayonunun Nəzərabad və Didivar kəndlərində yeni sosial obyektlər istifadəyə verilmişdir. Nəzərabad-Didivar-Yuxarı Uzunoba avtomobil yolunun açılış mərasimində Nəzərabad kənd sakini Allahverdi Həsənov yeni yolun istifadəyə verilməsini hər üç kəndin həyatında əlamətdar hadisə kimi dəyərləndirmiş, kənd sakinləri adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov avtomobil yolunun açılışını bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, Nəzərabad-Didivar-Yuxarı Uzunoba avtomobil yolunun uzunluğu 6,2 kilometrdir. Cari ildə yolda yenidənqurma işləri aparılmış, 7 santimetr qalınlığında asfalt örtük salınmışdır. Həmçinin yol yatağı 7,2 metrədək genişləndirilmiş, avtomobillərin və piyadaların təhlükəsiz və rahat hərəkəti üçün lazımi şərait yaradılmışdır.
Həmin gün rayonun Nəzərabad kəndində müasir kənd mərkəzinin açılışı olmuşdur.
***
Kənd mərkəzinin açılışında Nəzərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Salman Tumasov minnətdarlığını bildirərək qeyd etmişdir ki, kənddə fəaliyyət göstərən yerli icra qurumları bu günədək lazımi şəraiti olmayan binada yerləşirdi. Lakin göstərilən dövlət qayğısı nəticəsində yeni kənd mərkəzi tikilmiş, burada yerli icra qurumlarının fəaliyyəti üçün hər cür şərait yaradılmışdır.
Ali Məclisin sədri Vasif Talıbov Nəzərabad-Didivar-Yuxarı Uzunoba avtomobil yolunun, kənd və xidmət mərkəzlərinin, Didivar-Nəzərabad kənd məktəbinin yeni binalarının istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək demişdir:
-Ölkəmizdə ulu öndər Heydər Əliyev tərəfindən yaradılan siyasi sabitlik bütün sahələrdə inkişafa, sosial-iqtisadi yüksəlişə səbəb olmuşdur. Ümummilli liderimizin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, şəhərlərimiz, rayonlarımız, kəndlərimiz abadlaşır, müasirləşir, insanlar üçün rahat şərait yaradılır. Nəzərabad və Didivar kəndlərində aparılan kompleks quruculuq işləri, yaradılan şərait də bu istiqamətdə həyata keçirilən tədbirlərin daha bir nümunəsidir. Nəzərabad kəndi tamamilə qazlaşdırılıb, elektrik enerjisinə, içməli və suvarma suyuna tələbat davamlı olaraq ödənilir. Bu gün istifadəyə verilən obyektlər əhaliyə göstərilən xidmətin daha da yüksəlməsinə səbəb olacaqdır.
Ali Məclisin sədri mərkəzin açılışını bildirən lenti kəsdikdən sonra bina ilə tanış olmuşdur. Bildirilmişdir ki, 2 mərtəbədən ibarət olan mərkəzdə kitabxana, rabitə evi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, icra nümayəndəliyi, bələdiyyə, kənd klubunun fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Burada 57 yerlik zal da yerləşir.
***
Həmin gün Nəzərabad kəndində xidmət mərkəzinin də açılışı olmuşdur.
Sentyabrın 19-da Didivar kənd tam orta məktəbinin binası da istifadəyə verilmişdir. Yeni məktəb Nəzərabad və Didivar kəndlərini əhatə edir.
Yeni məktəb binasının açılışı münasibətlə keçirilən tədbirdə Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev çıxış edərək dövlətimizin göstərdiyi diqqət və qayğının müqabilində bundan sonra daha da səylə çalışacaqlarını, qarşıya qoyulan tapşırıqları layiqincə yerinə yetirəcəklərini bildirmişdir.
Məktəbin müəllimi İradə Həsənova yeni məktəb binasının tikilib istifadəyə verilməsi münasibətilə müəllim və şagird kollektivi adından dərin minnətdarlığını bildirmişdir.
Ali Məclisin sədri ulu öndərimizin "Gənclərimizə yüksək təhsil verməklə bərabər, onları əsl vətəndaş kimi böyütməliyik" fikrini xatırlatmışdır. Qeyd olunmuşdur ki, 333 şagirdin təhsil aldığı Nəzərabad-Didivar məktəbi üçün ən yüksək şəraitin yaradılması bu təhsil ocağında dərslərin müasir tələblər səviyyəsində tədris olunmasına imkan verəcəkdir. Məktəbdə 2 kompyuter sinfi yaradılmışdır. Bu siniflərdə qoyulan 22 kompyuterin hər biri internetə qoşulmuşdur. İki elektron lövhəli sinif, fənn kabinələri, laboratoriyalar, idman zalı və kitabxana müəllim və şagirdlərin istifadəsinə verilib.
Ali Məclisin sədri demişdir: Yüksək təhsilli, intellektli gənclərin yetişdirilməsi təkcə pedaqoji kollektivlərin üzərinə düşən vəzifə deyil. Bu vəzifə həm də ailə və cəmiyyət tərəfindən yerinə yetirilməlidir. Müəllimlərimizin, ailə və cəmiyyətin birgə səyi ilə bu sahədə daha böyük uğurlar qazanmaq, ölkəmizin gələcəyi üçün layiqli, vətənpərvər gənclər yetişdirmək olar. Təhsildə yüksək nailiyyət qazanan məktəblərimizdən biri də Nəzərabad-Didivar kənd tam orta məktəbidir. 2010-2011-ci tədris ilində bu məktəbin 35 məzunundan 11-i ali məktəblərə qəbul olunmuş, 3-ü Heydər Əliyev adına Hərbi Liseydə, 1-i isə orta ixtisas məktəbində təhsil almaq hüququ qazanmışdır. Məktəbin pedaqoji kollektivinin əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmiş, müəllimlərdən 1-i Azərbaycan Respublikasının, 1-i isə Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.
Açılışı bildirən lent kəsildikdən sonra məktəb binasına baxış olmuşdur.
Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan məktəb binasında 30 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, hərbi kabinə, 2 elektron lövhəli sinif, 2 kompyuter otağı, 2 müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında