Azərbaycan və Ukrayna arasında enerji məsələləri müzakirə olunmuşdur

Sentyabrın 19-da Bakıda Ukraynanın və Azərbaycanın nümayəndə heyətlərinin iştirakı ilə enerji sahəsində əməkdaşlıq məsələlərinə həsr olunmuş iclas keçirilmişdir.
Ukrayna tərəfdən energetika və kömür sənayesi naziri Yuri Boykonun, Azərbaycan tərəfdən isə sənaye və energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətlərinin görüşündə bu ilin yanvarın 28-də hər iki ölkənin dövlət başçıları İlham Əliyev və Viktor Yanukoviç arasında İsveçrənin Davos şəhərində Ümumdünya İqtisadi Forumu çərçivəsində keçirilən görüşdə neft-qaz sahəsində əməkdaşlığa dair imzalanmış memorandumdan irəli gələn məsələlər müzakirə edilmişdir.
Görüşdə ARDNŞ ilə "Naftaqaz Ukraina" şirkətı arasında qaz nəqli üzrə müştərək şirkətin yaradılması, neft və neft məhsullarının satışına görə Ukrayna dövlətinin Azərbaycana 5 milyon dollardan artıq borcunun ödənilməsi, neft və neft məhsullarının nəqli məsələləri diqqət mərkəzində olmuşdur.
Hər üç məsələ üzrə razılaşmanın əldə olunduğu görüşün sonunda protokol imzalanmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında