Azərbaycan ilə əməkdaşlığın inkişafı Ukraynanın prioritetidir

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişşenko ilə görüşmüşdür.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, dövlətlərimiz arasında dostluq və tərəfdaşlıq münasibətlərini qeyd edən nazir, zəngin müqavilə-hüquq bazasına söykənən bu əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin xüsusi rolunu vurğulamışdır. Həmçinin ədliyyə nazirlikləri arasında imzalanmış əməkdaşlığa dair sazişin hüquqi əlaqələrin genişləndirilməsi üçün böyük zəmin yaratdığı, qarşılıqlı fəaliyyətin həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla həyata keçirildiyi bildirilərək, onun inkişafı üçün geniş imkanların olduğu söylənilmişdir.
Səfir Azərbaycan ilə əlaqələrin inkişaf etdirilməsinin ölkəsinin xarici siyasətində prioritetlərdən olduğunu, regional təhlükəsizliyin qorunmasında dövlətlərimizin mühüm rolunu vurğulamışdır. Ukrayna ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən dinamik inkişafı, o cümlədən ticarət dövriyyəsinin yüksəlişini, ölkəsində Azərbaycan icmasının uğurlu fəaliyyət göstərdiyini bildirən qonaq, münasibətlərimizin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini söyləmişdir.
Görüşdə, həmçinin bu yaxınlarda Ukraynada keçiriləcək mühüm beynəlxalq konfranslarda ölkəmizin Ədliyyə Nazirliyinin məsul nümayəndələrinin iştirakı qeyd olunmuş, qarşılıqlı maraq doğuran məsələlər üzrə faydalı fikir mübadiləsi aparılmışdır.
Qonaq nazirlikdə Ədliyyə Tarixi Muzeyi ilə tanış olmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında