Bu gün ölkə neftçilərinin peşə bayramıdır

Dəniz neftçilərinin bayram sovqatı

{nl}

Azərbaycanın yeni neft strategiyasının müəllifi, xalqımızın ümummilli lideri Heydər Əliyevin "Neftçilər Günü" peşə bayramının təsis edilməsi haqqında 2001-ci il avqust ayının 16-da imzaladığı tarixi fərman, ötən illər ərzində neft sənayesindəki fədakar əməklərinə görə fərqlənənlərin orden, medal və fəxri adlarla təltif olunması bu şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısının parlaq təzahürüdür.
Xatırladaq ki, bu il ölkə neftçiləri peşə bayramlarını on birinci dəfədir ki, qeyd edirlər. Hazırda əsl ümumxalq bayramına çevrilmiş "Neftçilər Günü" peşə bayramı ölkəmizdə neftçi peşəsinə hörmət və ehtiramı bir qədər də artırmışdır. Əslində isə gecəni gündüzə qatıb yorulmaq bilmədən çalışan bu qəhrəman insanlar hər cür ehtirama layiqdirlər. Elə yüksək dövlət qayğısına əməli işlə cavab verən şərəfli peşə sahibləri də, əvvəlki illərdə olduğu kimi, builki bayramı da uğurlu nəticələrlə, yüksək iqtisadi göstəricilərlə qarşılayırlar.
"Azneft" İstehsalat Birliyinin qabaqcıl neftçıxarma müəssisələrindən sayılan Nəriman Nərimanov adına Neft və Qazçıxarma İdarəsində də bayram əhval-ruhiyyəsi olduqca yüksəkdir. Elə idarənin 2011-ci ilin yanvar-ayqust aylarındakı fəaliyyəti də belə qənaətə gəlməyə əsas verir. Belə ki, hesabat dövründə idarə üzrə 253 min 360 ton əvəzinə 254 min 938 min ton neft ( kondensatla birlikdə) hasil edilərək proqnoz tapşırığına 100,6 faiz əməl olunmuşdur. Bundan əlavə, cari ilin səkkiz ayında dövlətə 252 min 738 tondan artıq "qara qızıl" təhvil verən neftçilər təhvil planını 100,7 faiz yerinə yetirmişlər.
İdarənin kollektivi qaz hasilatı və təhvili üzrə də yeni uğura imza atmışdır. Belə ki, neftçilər yanvar-avqust aylarında 229 milyon 440 min kubmetr əvəzinə 230 milyon 560 min kubmetr qaz hasil edərək tapşırığa 100,5 faiz əməl etmişlər. Bununla yanaşı, hesabat dövründə idarə üzrə dövlətə 184 milyon 898,7 min kubmetr "mavi yanacaq" təhvil verilmişdir ki, bu da nəzərdə tutulduğundan 4 milyon 896,7 min kubmetr çox və ya tapşırığın 102,7 faiz yerinə yetirilməsi deməkdir.
Məlumat üçün bildiririk ki, N.Nərimanov adına NQÇİ "8 Mart", "Bulla-dəniz", "Ələt-dəniz" və "Səngəçal-dəniz, Duvannı-dəniz, Xərə-Zirə adası" yataqlarının istismarını həyata keçirir. Hazırda işlənmədə olan bu yataqlar üzrə istismar fonduna 210 quyu daxildir. Həmin quyulardan 182-si işlək quyulardır. Quyularda hasilatın sabit saxlanması məqsəilə geoloji və texniki tədbirlərə diqqət getdikcə artırılır. Cari ilin səkkiz ayında idarə üzrə həyata keçirilmiş 2 geoloji tədbir hesabına 2986 ton neft çıxarılmışdır. Bundan əlavə, hesabat dövründə quyularda 75 əvəzinə 97 texniki tədbir həyata keçirilmişdir ki, bu da 9346 ton əlavə neft hasilatına imkan yaratmışdır. İdarənin istismar etdiyi yataqlarda quyuların sabit rejimdə işləməsini təmin etmək məqsədilə əsaslı və yeraltı təmirlərə də xüsusi diqqət yetirilir. 2011-ci ilin yanvar-avqust aylarında idarə üzrə həyata keçirilmiş 37 əsaslı təmir hesabına 66413 ton əlavə neft alınmışdır. Bununla yanaşı, quyularda 302 əvəzinə 310 yeraltı təmir işi görülmüşdür.
Hazırda Dövlət Neft Şirkəti üzrə yeni texnika və texnologiyaların istehsalata tətbiqinə xüsusi diqqət yetirilir. Bu da neft və qaz hasilatında yüksək iqtisadi səmərənin əldə olunmasına səbəb olur. Bu baxımdan N.Nərimanov adına NQÇİ-də həyata keçirilmiş tədbirlərdə yüksək səmərə vermiş, əlavə 2 min ton neft çıxarılmışdır.
N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin istismar etdiyi yataqlarda çıxarılması mümkün olan ehtiyatlar hələ çoxdur. Mütəxəssislərin hesablamalarına görə hazırda idarə üzrə balans ehtiyatları 101 milyon ton neft və kondensat, 156 milyard 326 milyon kubmetr qaz təşkil edir. Yataqlardakı qalıq neft və qaz ehtiyatlarının çıxarılmasını təmin etmək məqsədilə qazma işləri getdikcə intensivləşdirilir. Artıq "8 Mart" yatağında qazılmış 731 saylı neft quyusu istismara hazırlanır. Həmin quyudan yüksək məhsuldarlıq gözlənilir. Bundan əlavə, hazırda "Ələt-dəniz" yatağında qazıntısı tamamlanmaq üzrə olan daha bir quyunun isə sentyabr ayının sonunadək təhvil verilməsi planlaşdırılır . Əsas vəsaitlərin dəyərinə və sutkalıq neft hasilatının səviyyəsinə görə N.Nərimanov adına NQÇİ "Azneft" İB-nin ən böyük neft-qazçıxarma müəssisələrindəndir. İdarənin dənizdə və quruda nəhəng istehsalat sahələri vardır. Təkcə quru sahəsi 210 hektar ərazini əhatə edir. Burada qaz-kompressor, daxili yanma mühərrikləri sexləri, Daşgil mərkəzi rezervuar parkı və s. obyektlər yerləşir. İdarə çox mürəkkəb kommunikasiya sisteminə malikdir. Təkcə onu demək kifayətdir ki, Daşgil rezervuar parkı ilə qaz emalı zavodu arasında 700 millimetrlik 55 kilometr uzunluğunda magistral kəmər çəkilmişdir. Dəniz obyektlərinə isə geniş məsafəni əhatə edən estakadalar, estakadayanı meydançalar və stasionar özüllər aiddir. Son illər idarənin balansında olan dəniz və quru obyektlərində lazımi təmir-bərpa işlərinə diqqət xeyli artırılıb. Təkcə onu qeyd etmək kifayətdir ki, cari ilin ilk yarısında idarə üzrə 4508 metr uzunluğunda yeni qaz xətləri çəkilmiş, 5807 metr xətt isə təmir edilmiş və ya dəyişdirilmişdir. Bundan əlavə, hesabat dövrü ərzində 9212 metr neft xətti çəkilmişdir. Hazırda idarə üzrə abadlıq işlərinə də xüsusi diqqət yetirilir. Təkcə cari ilin ilk yarısında 8820 kvadratmetrlik yolda təmir və asfalt işi görülmüşdür. 2011-ci ilin birinci yarısında ətraf mühitin mühafizəsi işləri də diqqət mərkəzində saxlanılmış, istismar müddətini başa vurmuş yararsız neft və qaz xətləri dəniz akvatoriyasından daşınaraq təhvil verilmiş, NQÇİ-nin ərazisində korroziyaya qarşı tədbirlər həyata keçirilmişdir. Ərazidə aprılan yaşıllaşdırma işləri də ekoloji tarazlığın qorunmasına xidmət edir.
İdarənin rəisi Xaliq Şəyifev dedi: - Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyası uzun illərdir ki, ölkəmizin iqtisadi qüdrətinin artırılmasına, xalqımızın rifah halının getdikcə yaxşılaşdırılmasına xidmət edir. Hazırda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan neft strategiyası biz neftşilərin üzərinə mühüm vəzifələr qoyur. Ölkəmizdə neft sənayasinə, neftçilərə göstərilən dövlət qayğısının ilbəil artırılması bu çətin və şərəfli vəzifənin öhdəsindən gəlməyə imkan yaradır. Yeri gəlmişkən, Dövlət Neft Şirkəti, eləcə də "Azneft" İstehsalat Birliyi rəhbərliklərinin neftçilərin sosial qayğıları ilə maraqlanmaları, onların əmək şəraitlərinin daha da yaxşılaşdırılması üçün həyata keçirdikləri tədbirlər kollektivimizi yeni-yeni nailiyyətlərə ruhlandırır. 20 Sentyabr - "Neftçilər Günü"nü yüksək bayram əhval-ruhiyyəsi ilə qeyd edən neftçilərimiz ili də uğurlu göstəricilərlə başa çatdırmaq əzmindədirlər.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında