Azərbaycan Prezidentinin və Türkiyə Baş nazirinin xanımları Dənizkənarı Milli Parkı gəzmişlər

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyənin Baş nazirinin xanımı Əminə Ərdoğan mayın 17-də Dənizkənarı Milli Parkda olmuşlar.
Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan Dənizkənarı Milli Park ilə tanış oldu. 1909-cu ildən Bakıda dənizkənarı bulvar kimi tanınan bu parkda Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq yenidənqurma işləri aparılmışdır. Görülən abadlıq işlərindən sonra parkın yaşıllıq zolağının ərazisi xeyli genişləndirilmişdir. Milli Parkda yeni ağaclar əkilmiş, çəmənliklər salınmışdır. Burada asfalt örtük götürülərək yerinə qırma-dekorativ daş döşənmiş, parkın müxtəlif guşələrində yüngül konstruksiyalı yığılıb-sökülən yeni kafelər quraşdırılmışdır. Bu gün Dənizkənarı Milli Park Bakı sakinlərinin və şəhərimizin qonaqlarının ən çox sevdiyi istirahət guşələrindən biridir.
AzərTAc{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında