"Geostrategiya" aylıq ictimai-siyasi, elmi-populyar jurnalının avqust nömrəsi çapdan çıxmışdır

Tarix elmləri doktoru, professor Əli Həsənovun baş redaktoru olduğu "Geostrategiya" jurnalının bu nömrəsində də Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, ictimai-siyasi həyatı ilə bağlı bir-birindən maraqlı yazılar dərc edilmişdir. Jurnalda regionda və beynəlxalq aləmdə baş verən hadisələrə dair yazılara da geniş yer verilmişdir. 
"Geostrategiya"nın avqust nömrəsi tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Əliyevin "Sovetlər İttifaqının dağılması ərəfəsində milli münasibətlər problemi və Cənubi Qafqaz" məqaləsi ilə açılır. Məqalədə ötən əsrin 80-ci illərində sosialist imperiyasının dağılmasının səbəbləri, bunun nəticəsində milli münasibətlərdə yaranmış problemlər təhlil süzgəcindən keçirilir, Cənubi Qafqazda baş verən münaqişələrin səbəbləri elmi cəhətdən qiymətləndirilir.
Jurnalda verilmiş maraqlı yazılardan biri də "Qərbin inkişafının paradiqması"dır. Bu məqalənin müəllifi professor Şahlar Əsgərov dünyada gedən proseslərin əsas subyektinin Qərb, obyektinin isə Şərq olduğunu elmi-populyar dildə təhlil edir, dünyanın bu iki qütbü arasında yaranmış fərqləri elmi mənbələrdən gətirdiyi dəlillərlə əsaslandırmağa çalışır.
"Region" rubrikasında tarix üzrə fəlsəfə doktoru Elman Nəsirovun "İranın "nüvə inadkarlığı" və onun motivləri" sərlövhəli maraqlı yazısı yer almışdır. Məqalədə bu məsələ ilə bağlı İranın mövqeyini müəyyən edən geosiyasi, hərbi-siyasi və milli-psixoloji amillər şərh olunur.
Hüquq elmləri doktoru, professor Rüstəm Məmmədovun "Xəzər dənizinin geosiyasəti: 1995-1999-cu illərdə siyasət, diplomatiya və hüququn qarşılıqlı əlaqəsi" məqaləsi də jurnalın bu nömrəsinin maraqlı yazılarındandır. Məqalədə Xəzərin statusunun müəyyənləşdirilməsi, onun təbii ehtiyatlarından səmərəli istifadə edilməsi istiqamətində aparılan danışıqlar, bu məsələdə Xəzəryanı ölkələrin mövqeləri şərh edilir.
Jurnalın bu nömrəsində "BMT-Azərbaycan əlaqələri: bu günü və perspektivləri", "Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti (təhlili xronika)", "Müasir beynəlxalq münasibətlərdə Azərbaycan lobbisi: məqsəd və vəzifələr", "Gəncə quberniyasında azərbaycanlıların soyqırımı (1918-1920-ci illər)" sərlövhəli məqalələr qoyulan problemlərin aktuallığı ilə diqqəti çəkir.
"Geostrategiya"da sənətşünas Ziyadxan Əliyevin "Səttar Bəhlulzadə dünyası" sərlövhəli yazısında görkəmli fırça ustasının bir-birindən bənzərsiz tablolarının ideya məzmunu şərh olunur, "İzlərimiz" rubrikasında İbrahim Əliyevin "Tur Heyerdal əfsanəsi" yazısında məşhur səyyahın Azərbaycana səfərləri ilə bağlı maraqlı məqamlar diqqətə çatdırılır.
Jurnalın bu nömrəsində iqtisad üzrə fəlsəfə doktoru Namiq Şalbuzovun "Azərbaycanda aqrar sənaye klasterləri: gələcəyə baxış" sərlövhəli məqaləsində respublikamızda kənd təsərrüfatının inkişaf dinamikası statistik rəqəmlərin dili ilə şərh edilir.
Əvvəlki nömrələrində olduğu kimi, "Geostrategiya"nın bu nömrəsində də məqalələrin məzmununu tamamlayan rəngli fotoşəkillərdən istifadə edilmişdir.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında