Azərbaycanda avtomobillərə verilən dövlət nömrə nişanlarında yeni standartlar tətbiq edilir

Azərbaycanda avtomobillərin dövlət nömrə nişanlarında tətbiq olunan yeniliklər nəqliyyat vasitələrini yeni qeydiyyatdan keçirənlərə şamil olunacaq. Bu barədə "Trend"ə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat vermişdir.
Onun sözlərinə görə, dövlət nömrə nişanlarında ilk baxışdan fərq hiss olunmasa da, nömrələrin keyfiyyəti yüksəldilib və bununla bağlı yeni standartlar qəbul olunmuşdur.
Azərbaycanda avtomobillərin dövlət nömrə nişanlarındakı dəyişikliyə görə, nişanın üzərində olan Azərbaycanın dövlət bayrağı dalğalı formada deyil, artıq düzbucaq formasında vurulur. Həmçinin, nömrələrin üzərində olan yazıların qopmaması üçün yeni standartlar qəbul olunmuşdur.
Eyni zamanda, şablonda yazı üçün seçilmiş şrift də dəyişdirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında