Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

Sentyabrın 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilmişdir. 
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə M.Pənahov gündəlikdəki məsələlər barədə komissiya üzvlərinə məlumat vermişdir.
Gündəlik üzrə birinci məsələyə baxılmış, Mərkəzi Seçki Komissiyasının 2011-ci il 26 avqust tarixli iclasının protokolu təsdiq edilmişdir.
Sonra MSK-ya daxil olmuş bəzi müraciətlərlə bağlı məsələyə baxılmışdır. Müraciətlərin araşdırılması üzrə komissiya üzvlərinin məlumatları dinlənilmiş, 109 saylı Balakən, 42 saylı Sumqayıt ikinci, 43 saylı Sumqayıt üçüncü, 44 saylı Sumqayıt-Abşeron, 28 saylı Sabunçu üçüncü, 95 saylı Tərtər, 76 saylı Lənkəran-Astara seçki dairələrinə aid müraciətlərə baxılmış və müvafiq qərarlar qəbul olunmuşdur.
Daha sonra gündəliyin üçüncü məsələsinə baxılmış və komissiya üzvləri 61 saylı Neftçala seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsi barədə qərar qəbul etmişlər.
İclasın sonunda MSK sədri M.Pənahov Azərbaycan Prezidentinin 2006-cı il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planına uyğun olaraq aşağı seçki komissiyalarının maarifləndirilməsi proqramının icrası ilə bağlı məlumat vermişdir. MSK sədri aşağı seçki komissiyalarının maarifləndirilməsi proqramının iki mərhələ üzrə - birinci mərhələdə dairə seçki komissiyalarının sədrləri və ikinci mərhələdə isə dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün keçirildiyini, bu prosesin sentyabrın 15-də uğurla yekunlaşdırıldığını komissiya üzvlərinin diqqətinə çatdırmışdır.
İclasda kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında