"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin yeddinci cildi çapdan çıxmışdır

"Ölkəmiz müxtəlif istqamətlərdə çox böyük uğurlar əldə etmişdir.1993-cü ildən bu günə qədər ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik, asayiş bizim iqtisadi nailiyyətlərimizin əsas səbəblərindən biridir. Tarixdən bəllidir ki, sabitlik hər bir inkişafın təməlidir. O ölkədə ki sabitlik yoxdur, orada iqtisadi, yaxud hansısa başqa istiqamətdə inkişafdan söhbət gedə bilməz. Azərbaycanın müasir tarixi buna əyani sübutdur". 
Bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yenicə çapdan çıxmış "İnkişaf - məqsədimizdir" çoxcildliyinin 7-ci cildindən, "Prezident Heydər Əliyev" tankerinin istismara verilməsinə həsr olunmuş mərasimindəki nitqindən götürülmüşdür.
Nəşrin buraxılışına məsul Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.
Bakıda "Prezident Heydər Əliyev" tankerinin istismara verilməsinə həsr olunmuş mərasimdə Prezident İlham Əliyevin nitqi ilə açılan bu cilddə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasətə, müstəqil Azərbaycan dövlətinin daha da qüdrətləndirilməsi üçün aparılan siyasi və iqtisadi islahatlara, dost və qonşu ölkələr arasında bütün sahələrdə qarşılıqlı faydalı əlaqələrin daha da möhkəmləndirilməsi və genişləndirilməsinə dair materiallar - nitqlər, çıxışlar, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar əksini tapmışdır. Azərbaycanın daha da inkişaf etdirilməsinə, insanların sosial həyat şəraitinin yaxşılaşmasına, ölkəmizin iqtisadi və siyasi cəhətdən daha müasir dövlətə çevrilməsinə, xüsusilə neft və qaz yataqlarının işlənməsi ilə yanaşı, iqtisadiyyatın digər sahələrinə sərmayələrin cəlb edilməsinə, mədəniyyət ocaqlarının yenidən qurulmasına aid çıxışları, nitqləri, ayrı-ayrı dövlət və hökumət başçılarına məktubları toplanmışdır. Bu materiallar 2004-cü ilin noyabrından 2005-ci ilin yanvarınadək olan dövrü əhatə edir.
Həmçinin cilddə Qətər Dövlətinə rəsmi səfəri zamanı iki ölkə arasında iqtisadi-siyasi və digər sahələrdə əlaqələrin möhkəmlənməsi, gələcəkdə münasibətlərin genişləndirilməsi üçün bütün imkanlardan istifadə olunmasından bəhs edən materiallar da öz əksini tapmışdır.
Prezidentin Böyük Britaniyaya səfəri zamanı tanınmış dövlət xadimləri ilə görüşlərində söylədiyi nitqlər, "Azərbaycanda ticarət və sərmayə" konfransında çıxışı, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə dair bəyanatları da bu cildin əsas mövzularından birini təşkil etmişdir.
Yeni cilddə Prezident İlham Əliyevin dünyanın görkəmli dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatlara, məşhur şəxsiyyətlərə məktubları, xarici nümayəndə heyətləri ilə görüşləri zamanı apardığı söhbətlərin mətni yer almışdır.
Burada, həmçinin Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar respublikanın cənub bölgəsinə, eləcə də Siyəzən rayonuna səfəri zamanı əhali ilə görüşlərində Azərbaycanın sürətli inkişafına, xalqımızın rifahı və tərəqqisi naminə aparılan geniş iqtisadi və siyasi islahatlara həsr olunmuş çıxış və nitqləri də verilmişdir.
Daim Azərbaycanda elmə, təhsilə, mədəniyyətə, incəsənətə yüksək dəyər verən Prezident İlham Əliyevin bu istiqamətdə gördüyü işlər nəşrin yeddinci cildində bir daha öz əksini tapmışdır. Burada ölkə başçısının Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarixi və Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyləri ilə tanışlıq zamanı söylədiyi dəyərli fikirlər, xalqımızın milli mənəvi dəyərlərinə olan sonsuz sevgi bir daha özünü göstərir.
Kitaba "Qeydlər", "Şəxsi adlar göstəricisi", "Coğrafi adlar göstəricisi" də daxil edilmişdir.
"Azərnəşr" tərəfindən buraxılmış cildin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) materiallarından istifadə olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında