Qarabağ Fondunun saytı erməni xakerlərin hücumuna məruz qalmışdır

ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondunun www.karabakhfoundation.org ünvanında yerləşən veb səhifəsi xaker hücumuna məruz qalmışdır. 
Fonddan AzərTAc-a bildirmişlər ki, DDOS - xaker hücumu nəticəsində Fondun saytı tamamı ilə dağıdılmışdır.
İlkin araşdırma nəticəsində sayta xaker hücumunun Ermənistan ərazisindən həyata keçirildiyi məlum olmuşdur. Qısa müddət ərzində fondun səhifəsi yenidən bərpa edilmişdir. Xaker hücumunun təkrarlanacağını nəzərə alaraq Fondun texniki-təchizat şöbəsi gücləndirilmiş iş rejiminə keçmişdir.
Son zamanlar Qarabağ Fondu dəfələrlə Ermənistan mətbuatında tənqid atəşinə tutulur.
Qarabağ Fondu ABŞ-da yaradılmış və mərkəzi ofisi Vaşinqton şəhərində yerləşən qeyri-hökumət təşkilatıdır. Bu təşkilat Birləşmiş Ştatlarda QHT-lərə verilən yüksək 501 (C) 3 statusuna malikdir. Fondun əsas məqsədi Azərbaycan, Dağlıq Qarabağ və bütünlükdə Qafqazı tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini Amerikada tərənnüm və təbliğ etməkdən ibarətdir. Bunun üçün isə Qarabağ Fondu ABŞ-da müxtəlif sərgi, ictimai proqram, forum və mübadilə proqramlarını həyata keçirir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında