ABŞ-ın nüfuzlu "Power Engineering" nəşri Qobustanda istismara verilmiş Eksperimental Poliqon və Tədris Mərkəzi barədə yazmışdır

ABŞ-ın enerji sənayesi üzrə ixtisaslaşmış "Power Engineering" nəşrində bu yaxınlarda Qobustanda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılmış Eksperimental Poliqon və Tədris Mərkəzi barədə məqalə dərc olunmuşdur.
"Azərbaycanda alternativ və yenilənən enerji mənbələrinin inkişafı hər il xeyli vəsaitə qənaət etməyə imkan verəcəkdir" sözləri ilə başlanan yazıda bildirilir ki, Azərbaycanda ilk dəfədir külək, günəş və bioqaz üzərində işləyən sınaq stansiyası istifadəyə verilir. Yaxın gələcəkdə burada alternativ enerji hasilatı 5,5 meqavata çatdırılacaqdır.
Məqalədə vurğulanır ki, Azərbaycan neft və qazdan asılı olmamaq üçün indi alternativ enerji mənbələrinin işlənib hazırlanmasına önəm verir. Hazırda ölkə enerji mənbəyi qismində təbii qaz və neftdən istifadə edir. Bununla bərabər dünya bazarlarında ənənəvi enerji resurslarının qiyməti də ilbəil artır.
Poliqonun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından iqtibas gətirən müəllif yazır ki, sınaqlar uğurlu olsa, gələcəkdə alternativ enerji hasilatı təcrübəsi ölkənin digər şəhər və rayonlarında da tətbiq ediləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında