İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqı nə qədərdir?

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi məlumat verir ki, 2011-ci il iyul ayında müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta siyahı sayı 1 367,5 min nəfər olmuşdur. Onların 856,9 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 510,6 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir. 
Muzdla işləyənlərin 25,1 faizi təhsildə, 19,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 11,9 faizi sənayedə, 10 faizi əhaliyə səhiyyə və sosial xidmət sahəsində, 6 faizi tikintidə, 4,8 faizi nəqliyyat və anbar təsərrüfatında, 4 faizi dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat sahəsində, 3,3 faizi peşə, elmi-texniki fəaliyyət sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində, 1,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində və 11,7 faizi iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar. Muzdlu əsaslarla çalışan işçilərin 20,9 faizi məhsul istehsalı sahələrində cəmlənmişdir. Cari ilin yanvar-iyul aylarında muzdlu işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,8 faiz artaraq 353,7 manat təşkil etmişdir. Əmək haqlarının artımı inflyasiya səviyyəsini üstələmişdir. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində, tikintidə orta aylıq əmək haqqı daha yüksək olmuşdur.

{nl}

T.ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında