Azərbaycanda ilk dəfə olaraq ADMİU-nun musiqi sənəti fakültəsinin nəzdində aşıq sənəti kafedrası açılmışdır

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbir keçirilmişdir. ADMİU-nun rektoru, professor Timuçin Əfəndiyev universitetin kollektivini və cari ildə tələbə adını qazananları yeni dərs ili münasibətilə təbrik etmişdir. 
Yeni tədris ilində rəhbərlik etdiyi ali məktəbdə 7 fakültəyə bakalavr pilləsi üzrə təxminən 500, magistratura pilləsi üzrə 47 nəfərin qəbul olunduğunu bildirən rektor gənclərin bu müvəffəqiyyətə gərgin hazırlıqları nəticəsində nail olduqlarını söyləmişdir. Universitetdə keyfiyyətli tədris üçün hərtərəfli şərait yaradıldığını vurğulayan professor T.Əfəndiyev, birinci kurs tələbələrinə biliklərə yüksək səviyyədə yiyələnməyi, savadlı, vətənpərvər və iradəli olmağı tövsiyə etmişdir.
Universitetin tarixi, fakültələr, tələbələrin ixtiyarında olan zəngin kitabxana, tədris teatrı barədə məlumat verən T.Əfəndiyev gəncləri hər sahədə təşəbbüskar olmağa çağırmışdır.
Bildirilmişdir ki, bu il respublikada ilk dəfə olaraq bu universitetin musiqi sənəti fakültəsinin nəzdində aşıq sənəti kafedrası açılmışdır.
Digər çıxış edənlər də birinci kurs tələbələrini təbrik etmiş, onlara təhsildə uğurlar arzulamış, qazandıqları şərəfli tələbə adını doğruldacaqlarına əminliklərini bildirmişlər.
Universitetə yüksək balla daxil olanlara hədiyyələr, tələbə biletləri və qiymət kitabçaları təqdim edilmişdir. Sonra birinci kurs tələbələrinin ixtisaslar üzrə bölgüsü aparılmışdır.
Tədbir tələbələrin ifasında maraqlı konsert proqramı ilə başa çatmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında