Vakant hakim vəzifələrinə namizədlərin seçilməsi üçün test imtahanı keçiriləcəkdir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sentyabrın 18-də Bakı İdman Sarayında Məhkəmə-Hüquq Şurası ilə birlikdə vakant hakim vəzifələrinə namizədlərin seçilməsi üçün test imtahanı keçirəcəkdir.
TQDK-dan bildirmişlər ki, sənədlərin qəbulu Hakimlərin Seçki Komitəsi tərəfindən aparılmış və 414 nəfərin namizədliyi qeydə alınmışdır.
Bir zalda keçirilən imtahan prosesinin bütün mərhələləri - sualların seçilməsi, test kitabçalarının çoxaldılması, cavabların yoxlanılması bilavasitə namizədlərin gözü qarşısında həyata keçiriləcəkdir.
Test imtahanının keçirilməsi üçün Hakimlərin Seçki Komitəsi tərəfindən hüquq sahəsi üzrə test bankı tərtib olunmuşdur. 1000-dən artıq sualdan ibarət həmin test bankının elektron versiyası olan möhürlənmiş zərf Hakimlərin Seçki Komitəsi tərəfindən müşahidəçilərin iştirakı ilə imtahan zalında açılacaq və işçi qrupuna veriləcəkdir. Suallar imtahan keçirilən auditoriyada namizədlərin iştirakı ilə aşkar surətdə diskdəki ümumi suallar toplusundan seçiləcəkdir.
Variantlar yerindəcə namizədlərin və müşahidəçilərin gözü qarşısında qısa müddətdə sürətli surətçıxarma qurğuları vasitəsilə namizədlərin sayına uyğun olaraq kitabça şəklində çoxaldılacaqdır.
İmtahanın müddəti 4 saatdır və imtahan zamanı fasilə verilmir. Hər sual bir balla qiymətləndirilir, suallara verilən səhv cavablar düzgün cavablara təsir etmir.
İmtahan başa çatan kimi cavablar imtahan zalındaca optik oxuyucu qurğu vasitəsilə kompyuterin yaddaşına daxil ediləcək, onların əsasında ballar hesablanacaq və nəticələr elan olunacaqdır. Hər bir namizədin cavablarına dair arayışlar onların özünə və Hakimlərin Seçki Komitəsinə təqdim ediləcəkdir.
İmtahan nəticəsində 60 və daha çox bal toplamış namizədlər müsabiqənin növbəti mərhələsinə buraxılacaqlar.
Nəticələr TQDK-nın internet saytında da (tqdk.gov.az) yerləşdiriləcəkdir.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında