MŞ-nin "Reket jurnalistika"ya qarşı mübarizə komissiyasının iclası keçirilib

Sentyabrın 16-da Azərbaycan Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə komissiyasının iclası keçirilib. İclasda 6 nəşrlə bağlı məsələlər araşdırılıb və müvafiq rəylər çıxarılıb. 
Müzakirə edilən məsələlər barədə ətraflı məlumat verən komissiyanın sədri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, bunlardan ikisi MŞ-nin şikayətlər üzrə komissiyasından rəy şəklində, daha 4-ü isə Şura Katibliyi tərəfindən baxılmaq üçün təqdim olunub.
Sonra hər məsələ ətrafında müzakirələr aparılıb. Yekdilliklə rəyə gəlinib ki, şuranın şikayətlər üzrə komissiyasının "Qanun: izah və şərhlər" və "Xural" qəzetlərinin adlarının MŞ-nin "qara siyahı"sına salınması ilə bağlı təklifləri buna əsas verən real faktların mövcudluğunu nəzərə alıb.
Vaxtilə Mətbuat Şurası tərəfindən xəbərdarlıq edilmiş "Azərbaycan gündəmi" qəzetinin baş redaktorunun vəzifə səlahiyyətindən sui-istifadə etməsi səbəbindən həbsi bu mətbu orqanın adının şuranın "reket nəşr"lər üçün tərtib etdiyi "qara siyahı"ya salınmasına əsaslar verir.
Komissiya hər üç qəzetin adının MŞ-nin "qara siyahı"sına daxil edilməsi üçün Şuranın İdarə Heyətinə rəyin verilməsi razılığına gəlib.
Qurum MŞ-nin "qara siyahı"sında yer alan "Vətəndaş haqqı" qəzetinin siyahıdan çıxarılması ilə bağlı müraciətinə baxaraq sənəddə ifadəsini tapan məqamları yetərli saymayıb. Bildirilib ki, şura nəşrin adını "qara siyahı"ya salarkən yanlışlığı qəzet tərəfindən isbatlanmayan faktların mövcudluğunu nəzərə alıb.
İclasda "Yeni hakimiyyət" və "Müstəqil respublika" qəzetləri ilə bağlı araşdırmaların davam etdirilməsi razılaşdırılıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında