Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır

Bu fikir birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Parisdə keçirilən beynəlxalq konfransda dönə-dönə vurğulanmışdır

{nl}

Sentyabrın 16-da Avropa Parlamentinin Parisdəki ofisində "Azərbaycan: Avropanın enerji təhlükəsizliyi üçün strateji tərəfdaş" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. 
Fransada səfərdə olan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konfransda iştirak etmişdir.
Parisin 7-ci rayonunun meri, Avropa Parlamentinin üzvü Rəşidə Dati konfransda iştirakına görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmiş, Azərbaycanın Fransa üçün strateji tərəfdaş olduğunu söyləmişdir. Müstəqillik yollarında inamla irəliləyən Azərbaycanın əldə etdiyi uğurları vurğulayan Rəşidə Dati ölkələrimiz arasında münasibətlərin dərinləşməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətlərini qeyd etmişdir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva beynəlxalq konfransda çıxış etmiş, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolundan danışmış, Xəzərin karbohidrogen ehtiyatlarının işlənilməsi, yeni neft-qaz yataqlarının kəşfi, nəql marşrutlarının şaxələndirilməsi sahəsində görülən işləri diqqətə çatdırmışdır.
Beynəlxalq konfransda Fransanın nəqliyyat naziri Tierri Mariani, Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev çıxış edərək ölkəmizin neft strategiyasının uğurlarından danışmışlar.
(Geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında