Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Bilik günü qeyd olunmuşdur

Yeni tədris ilinin başlanması ilə əlaqədar respublikanın bütün təhsil müəssisələrində olduğu kimi, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında da 15 sentyabr - "Bilik günü" təntənəli şəkildə qeyd edilmişdir.
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişlər ki, əlaçı kursantlar tərəfindən dövlət bayrağı qaldırılmış və dövlət himni səsləndirilmişdir.
Yeni tədris ilinin başlanması münasibətilə professor-müəllim heyətini və kursantları təbrik edən akademiya rəisinin birinci müavini, general-mayor Şahin Sultanov bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 avqust tarixli Fərmanı ilə hər il sentyabrın 15-i ölkəmizdə "Bilik günü" kimi qeyd olunur.
Bütün həyati əhəmiyyətli sahələr üzrə Azərbaycan Respublikasının inkişaf perspektivlərini uzaqgörənliklə, düzgün müəyyənləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş elm və təhsil strategiyasını da yeni dövrün tələbləri səviyyəsində uğurla davam etdirir. 2005-ci ildən Avropanın əksər inkişaf etmiş ölkələrini özündə birləşdirən Bolonya prosesinə qoşulan respublikamızda təhsilin ən müasir beynəlxalq tələblərə uyğun təşkilini, milli-mənəvi və ümumbəşəri dəyərlərin prioritetliyini, dünya təhsil sisteminə inteqrasiyanı təmin etmək məqsədilə 2009-cu il iyunun 19-da "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Cari il iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması haqqında Sərəncam imzalamışdır.
Ş.Sultanov qeyd etmişdir ki, 2005-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin akademiyasına ümummilli lider Heydər Əliyevin adının verilməsi, Ali Baş Komandan İlham Əliyevin 2006-cı il martın 27-də akademiyada ulu öndərin abidəsinin və "Şöhrət" muzeyinin açılışında iştirak etməsi, nazirliyin və onun akademiyasının fəaliyyətini yüksək qiymətləndirməsi ən əlamətdar hadisə olmaqla yanaşı, fəaliyyət üçün yeni stimul vermişdir.
General-mayor Şahin Sultanov demişdir ki, ölkə rəhbərliyinin diqqət və qayğısı, milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudovun yüksək təşkilatçılığı və nəzarəti sayəsində akademiyada ən mükəmməl təhsil üçün planlı tədbirlər həyata keçirilir, təlim-tədris bazası daha da təkmilləşdirilir və durmadan inkişaf etdirilir.
Kursantlara daim yüksək nizam-intizam, nümunəvi davranış nümayiş etdirməyi, tədrisə məsuliyyətlə yanaşmağı, Vətənə, xalqa, dövlətə sədaqətli olmağı tövsiyə edən general-mayor Şahin Sultanov bildirmişdir ki, zəngin və mənalı həyatının 25 ilini təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş ümummilli lider Heydər Əliyevin ömür yolu hamı üçün örnək, həyat məktəbi olmalıdır. Müasir tələblərə cavab verən, hərtərəfli hazırlıqlı zabit kimi yetişmək üçün ulu öndərin azərbaycançılıq irsini mənimsəmək hər bir kursantın vətəndaşlıq borcudur.
General-mayor Ş.Sultanov bu xüsusi təyinatlı ali təhsil müəssisəsində yaradılmış yüksək şəraitə, daimi diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə Akademiyanın rəhbərliyi və şəxsi heyəti adından dərin minnətdarlığını bildirmişdir.
Tədbirin sonunda kursantlar təntənəli marşla tribunanın önündən keçərək yeni biliklərə yiyələnmək üçün auditoriyalara yollanmış və akademiyada tədris prosesinə başlanılmışdır.
AzərTAc
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasinda Bilik günü qeyd olunmuşdur

{nl}

AzərTAc

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.

  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar

Təqvim

Hava haqqında