Azərbaycan Respublikası DST-nin İcraiyyə Komitəsinə üzv seçilmişdir

Bu gün işini yekunlaşdıran Dünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun 61-ci sessiyasının Bakıda keçirilməsi və bu toplantıya dəfələrlə Azərbaycan nümayəndəsinin sədrlik etməsi ölkəmizin regionda durmadan artan rolunu göstərir. Eləcə də Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan səhiyyə sisteminin inkişafını sübut edir.
Bunu jurnalistlərə müsahibəsində səhiyyə naziri Oqtay Şirəliyev bildirmişdir. Nazir demişdir ki, sessiya çərçivəsində müxtəlif ölkələrin nümayəndələri Azərbaycanın bir sıra tibb müəssisələrində olmuş, xəstələr və həkimlərlə görüşmüşlər. Onlar yeni tikilən xəstəxanalar və əsaslı təmirdən çıxmış tibb müəssisələri ilə tanışlıqdan sonra Azərbaycan səhiyyəsinin qısa vaxtda yüksək səviyyədə inkişaf etdiyini bildirmişlər.
O. Şirəliyev qeyd etmişdir ki, DST İcraiyyə Komitəsinə üzv olan 32 ölkə vardır. Ölkəmiz 2005-2008-ci illərdə bu təşkilatın toplantılarında iştirak etmiş, 2009-2011-ci illərdə isə DST-nin Daimi Komissiyasına nümayəndə göndərmişdir. Sevindirici haldır ki, Azərbaycan Respublikası indi DST-nin İcraiyyə Komitəsinin üzvü seçilmişdir. Azərbaycan nümayəndələrinin illərdən bəri DST-nin rəhbər strukturlarında çalışdığını deyən nazir bunu ölkəmizə göstərilən etimad kimi qiymətləndirmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında