Beynəlxalq Sahilyanı Təmizlik Aksiyasının 26-cı ildönümü çərçivəsində iməciliklər keçiriləcək

Beynəlxalq Sahilyanı Təmizlik Aksiyasının 26-cı ildönümü çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 16 sentyabr 2011-ci il tarixində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub 955 kilometrlik sahil zolağının ayrı-ayrı ərazilərində iməciliklər keçiriləcək.
Beynəlxalq Sahilyanı Təmizlik aksiyası çimərliklərin, daxili suların, okeanın zibil və tullantılardan təmizlənilməsi məqsədilə həyata keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə keçirilən aksiya çərçivəsində Sumqayıt şəhəri Nəsimi adına parkla Xəzər dənizi arasındakı sahil zolağının 5 hektardan artıq ərazisi, o cümlədən Nabran, Neftçala, Lənkəran şəhər və rayonlarının sahilboyu əraziləri zibil və tullantılardan təmizlənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, keçiriləcək tədbirlərdə nazirliyin əməkdaşları ilə birgə yerli icra strukturları, ictimaiyyət, bələdiyyə və təhsil müəssisələrinin nümayəndələri də iştirak edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Beynəlxalq Sahilyanı Təmizlik Aksiyasının 26-cı ildönümü ilə əlaqədar keçirilən bu kimi tədbirlərdə yerli icra strukturlarını, eləcə də bütün ictimaiyyət nümayəndələrini fəal iştirak etməyə çağırır.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

{nl}

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında