Pambıq yığımı sürət götürür

Vaxtilə dövlətə 1 milyon tondan çox pambıq satan Azərbaycanda bu sahəyə yenidən maraq göstərilməyə başlanılıb. Fermerlər və fərdi torpaq sahibkarları cari ildə 42829 hektar sahədə çiyid səpinini, becərmə və suvarma işlərini aqrotexniki qaydalar əsasında apararaq tarlalarda bol məhsul yetişdirmişlər. Keçən ilə nisbətən bu il əkin sahələrini təqribən 12 min hektardan çox artıran pambıqçılar məhsulu tez və itkisiz yığmaq üçün bütün imkanları səfərbərliyə almışlar. Havaların əlverişsiz keçməsinə baxmayaraq böyük zəhmət hesabına yetişdirilən "ağ qızıl" itkisiz toplanılır.
Dövlət Statistika Komitəsi Baş Hesablama Mərkəzinin direktoru Vəli Allahverdiyevin imzaladığı məlumata görə, sentyabr ayının 12-dək 3515 ton pambıq yığılmışdır. Bunun 1251 tonu Saatlı, 792 tonu Biləsuvar, 371 tonu isə Sabirabad rayonlarının payına düşür. Ən çox pambıq əkini sahələri də həmin rayonlarda qeydə alınmışdır. Ümumiyyətlə, bu il 23 rayonda pambıq yetişdirilmişdir. Yığımda Aran iqtisadi rayonunun təmsilçiləri hələlik irəlidə gedir.
Fermerlərin fikrincə, pambığın satınalınma qiymətləri artırılsa, bu sahəyə diqqət daha da güclənər. Ağsu, Hacıqabul rayonları uzun fasilədən sonra yenidən pambıq əkməyə başlayıblar. Ağdam, Ağcabədi, Cəlilabad, Füzuli, Kürdəmir rayonları isə keçən ilə nisbətən bu il pambıq əkini sahələrini orta hesabla 2-16 dəfə genişləndirmişdir. Deməli, yubiley ilində pambıq istehsalı əvvəlki ilə nisbətən daha çox olacaqdır.

{nl}

T.ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında