Rayonda yeni körpü tikilib

Yeni asfalt örtüyü salınan Zaqatala-Sumaylı-Dardoqqaz avtomobil yolunun və Dardoqqaz kəndində yeni inşa olunan körpünün açılışı olmuşdur. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, Çökəkoba, Göyəm, Sumaylı və Dardoqqaz kəndinin sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Mübariz Əhmədzadə bildirmişdir ki, əhalinin sosial problemlərinin həlli ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı düzgün sosial-iqtisadi siyasətin nəticəsidir ki, bu gün respublikanın bütün regionları, eləcə də Zaqatala rayonu sürətlə inkişaf edir. 
Sonra natiq təkcə son bir neçə ildə rayonda onlarla yeni emal müəssisəsinin, sosial təyinatlı obyektlərin istifadəyə verildiyini, küçə və yolların əsaslı təmir olunduğunu, yeni park və xiyabanların salındığını, Zaqatalanın ölkənin ən abad və yaraşıqlı şəhərlərindən birinə çevrildiyini diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edən kənd sakinləri, ağsaqqallar və gənclər əhalinin sosial problemlərinin həllinə göstərdiyi xüsusi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Sonra yeni tikilən yolun və körpünün açılışı oldu. Məlumat üçün bildirək ki, Zaqatala-Sumaylı-Dardoqqaz yerli əhəmiyyətli avtomobil yolunda 8,5 kilometr asfalt-beton örtüyü çəkilib, uzunluğu 24 metr, eni 10 metr olan yeni körpü də elə həmin yolun Dardoqqaz kəndi ərazisində, Micqar çayı üzərində salınıb. Tikinti işləri rayon icra hakimiyyətinin büdcə vəsaiti və daxili imkanlar hesabına aparılıb. Yol və körpünün tikintisinə 553 min manat vəsait xərclənib. Təmir-tikinti işləri 17 saylı Yol İstismar İdarəsi tərəfindən həyata keçirilib. İdarənin rəisi Mövlud Qəhrəmanov çıxış edərək xalqın rifahı naminə həyata keçirilən tədbirlərin davam edəcəyini söyləyib. Bundan sonra Çökəkoba, Göyəm, Sumaylı və Dardoqqaz kəndlərinin 4417 nəfər sakini, eləcə də qonşu Maqov, Danaçı, Aşağı Çardaxlar və digər kəndlərin əhalisi həmin yoldan və körpüdən istifadə edəcəklər. Mövlud Qəhrəmanovun dediyi kimi kaş bu körpüdən həmişə toy karvanları, gəlin maşınları keçsin.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında