Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlaması ilə əlaqədar əhaliyə müraciət etmişdir

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, hərəkət intensivliyinin yüksək olduğu bir şəraitdə məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, uşaq və yeniyetmələrin həyat və sağlamlıqlarının qorunması məqsədilə yol polisinin gücləndirilmiş iş rejiminə keçməsi barədə daxili işlər naziri müvafiq əmr imzalamışdır. Digər xidmət əməkdaşları da dislokasiya üzrə təhkim olunduqları ərazidə nəzarəti gücləndirəcəklər.
İdarə əhali, avtomobil sahibləri və sürücülərdən xahiş edir ki, paytaxt ərazisindəki yollara yaxın tədris ocaqları ətrafında tıxacların, nəqliyyat sıxlığının yaranmaması, yol hərəkətində ləngimə hallarının, yol nəqliyyat hadisələrinin baş verməməsi üçün şəxsi nəqliyyat vasitələrini məktəblərin ətrafında, yolların hərəkət hisssəsində saxlamasınlar, digər hərəkət iştitrakçılarının sərbəst, təhlükəsiz hərəkətinə şərait yaratsınlar, yol hərəkəti iştirakçıları bir-birinə hörmətlə yanaşsınlar.
V.Əsədov sürücülərdən nəqliyyat vasitələrini yüksək sürətlə idarə etməməyi, ara məsafəsini gözləməyi, lüzumsuz yerə səs siqnallarından istifadə olunmamasını xahiş edir: "Paytaxtda nəqliyyatın hərəkətinə kameralar vasitəsilə tam nəzarət olunacaq. Qaydaları pozanlar dərhal qeydiyyata alınacaq və barələrində təsirli tədbirlər görüləcək".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında