Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri Bakıda müzakirə ediləcəkdir

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq üzrə komitənin növbəti iclası sentyabrın 23-də Bakıda keçiriləcəkdir. İclasda Azərbaycan - Aİ əlaqələrinin inkişaf perspektivləri müzakirə ediləcəkdir. 
İclasın gündəliyinə energetika sahəsində əməkdaşlıqla bağlı məsələlər də daxil edilmişdir.
Xatırladaq ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin əsası keçən əsrin 90-cı illərində Avropa Komissiyası tərəfindən TASİS proqramı çərçivəsində MDB ölkələrində həyata keçirilmiş layihələrlə qoyulmuşdur.
1999-cu ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Saziş qüvvəyə minmişdir. Bundan əlavə, 2003-cü ildə Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlıq başlanmışdır.
2009-cu ilin may ayında Azərbaycan - Aİ münasibətləri yeni mərhələyə qədəm qoymuşdur: Polşa və İsveçin təşəbbüsü ilə Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində tərəfdaşlıq münasibətləri yaranmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında