Kladia Ştayn: Azərbaycan səhiyyə sahəsində çox böyük irəliləyişlərə nail olmuşdur

Bunu Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin informasiya departamentinin direktoru Kladia Ştayn jurnalistlərə açıqlamasında demişdir.
Qonaq vurğulamışdır ki, Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyası çox əhəmiyyətli bir tədbirdir. Bu mötəbər tədbirin Bakıda keçirilməsi Azərbaycanın səhiyyə sahəsində əldə etdiyi nailiyyətlərin nümayiş etdirilməsinə də şərait yaradır. Dünya Səhiyyə Təşkilatı Azərbaycana səhiyyə sahəsində daim dəstək verməyə hazırdır. Tədbirin üçüncü günü burada qeyri-yoluxucu xroniki xəstəliklər, HİV, QİÇS, spirtli içkilərlə bağlı problemlər, səhiyyə siyasəti konsepsiyası və digər məsələlər müzakirə olunur. Müzakirələrin nəticəsi olaraq iştirak edən ölkələr öz təkliflərini verir. Tədbirin sonunda qəbul olunmuş qərar açıqlanacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında