Türkiyəli nazir Azərbaycan səhiyyəsində əldə olunan nailiyyətləri xüsusi vurğulamışdır

Bakıda keçirilən Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Türkiyənin səhiyyə naziri Rəcəb Akdağın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə nazir O.Şirəliyev dost ölkənin səhiyyə sektorunda qazandığı nailiyyətlərdən, bu sahədə uğurlu layihələr həyata keçirmələrindən bəhs etmişdir. O.Şirəliyev Türkiyənin tanınmış universitetlərində keçirilən təcrübə kurslarına, ölkəmizdə kadr hazırlığı, tibb elminin inkişafı baxımından Azərbaycan səhiyyəsinə böyük dəstəyə görə Rəcəb Akdağa təşəkkürünü bildirmişdir.
Türkiyəli nazir son illər ölkəsində əldə olunan tibbi nailiyyətlərin və təcrübənin Azərbaycanda yayılmasına tərəfdar olduğunu söyləmişdir. Bunun üçün azərbaycanlı müdavimlərə istər Bakıda, istərsə də Türkiyədə ustad dərslərinin keçirilməsini təklif etmişdir.
Son illər Avropa ölkələrindən müalicə almaq üçün Türkiyəyə üz tutan xəstələrin sayının artması faktını qeyd edən qonaq Azərbaycan səhiyyəsində də böyük uğurların əldə olunduğunu, ölkəmizin başçısının bu sahəyə verdiyi diqqət və qayğını xüsusi vurğulamışdır.
Səhiyyə naziri O.Şirəliyev, həmçinin Estoniya nümayəndə heyətinin rəhbəri, sosial işlər naziri Hanno Pevkuru, Malta nümayəndə heyətinin rəhbəri, səhiyyə və yaşlı insanların işləri üzrə nazir Josef Kassar, Sloveniya nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Doriyan Maruşiç və Bosniya və Hersoqovina nümayəndə heyətinin rəhbəri, vətəndaş işləri üzrə nazir Sredoje Noviç ilə də görüşmüşdür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında