Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında seçki komissiyalarının üzvləri üçün ixtisaslaşdırılmış kurslar keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" Sərəncamının icrası ilə əlaqədar sentyabrın 14-də muxtar respublikamızın şəhər və rayonlarında seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilmişdir. 
Kurslarda müvafiq şəhər, rayon icra hakimiyyətlərinin nümayəndələri, rayon prokurorları, məhkəmə sədrləri və yerli polis şöbələrinin rəisləri "Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri", "Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasında öz səlahiyyətləri daxilində şəraitin yaradılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu" və digər mövzularda mühazirələr oxunmuşdur.
1 saylı Şərur-Sədərək seçki dairəsi və 2 saylı Şərur seçki dairəsi dairə seçki komissiyalarının üzvləri və həmin dairələrdə fəaliyyət göstərən məntəqələrin sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurs nəzərdə tutulmuş vaxtda başlamışdır. 2 saylı Şərur seçki dairəsi dairə seçki komissiyasının sədri Kamal Ələkbərov seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların əhəmiyyətindən danışmışdır. Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən İsgəndərov "Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasında öz səlahiyyətləri daxilində şərait yaradılması və s. bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması" mövzusunda məruzə ilə çıxış etmişdir.
Şərur Rayon Məhkəməsinin hakimi Səxavət Novruzov "Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri", rayon prokuroru Kamil Şükürov "Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik sistemi və məsuliyyət növləri" mövzularında iştirakçılara məlumat vermişlər. Rayon Polis Şöbəsinin rəisi Məmməd Hüseynov "Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri" mövzusunda, 1 saylı Şərur-Sədərək seçki dairəsi dairə seçki komissiyasının sədri Niyaz Əsgərov isə "Seçki prosesində yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri" mövzularında məruzə ilə çıxış etmişlər.
Sonda dairə seçki komissiyaları sədrləri tədbir iştirakçılarının suallarını cavablandırmışlar.
3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi dairə seçki komissiyasında keçirilən tədbirdə komissiyanın sədri Zahid Ələkbərov bu kursun keçirilməsinin məqsədi barədə məlumat vermişdir. Daha sonra Babək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Nihal Məmmədov, Babək Rayon Məhkəməsinin sədri Səxavət Bəylərli, rayon prokuroru Əli Abdullayev, Polis Şöbəsinin rəisi Cavid Qasımov məruzə ilə çıxış etmişlər.
4 saylı Naxçıvan şəhər seçki dairəsində də həmin dairə seçki komissiyasının üzvləri və dairədə fəaliyyət göstərən məntəqələrin sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurs keçirilmişdir. Komissiyanın sədri Cahangir Seyidov kursun əhəmiyyətindən danışmış, "Seçki prosesində yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri" mövzusunda çıxış etmişdir. Kurs Naxçıvan Şəhər Məhkəməsinin hakimi Mehman Allahverdiyevin və Naxçıvan şəhər prokurorunun müavini Rəşad Babayevin müvafiq mövzularda çıxışları ilə davam etdirilmişdir.
5 saylı Şahbuz-Babək seçki dairəsində təşkil edilən ixtisaslaşdırılmış kursda dairə seçki komissiyasının sədri Taməddin Hüseynov, rayon polis şöbəsinin rəisi İbrahim Talıbov, rayon prokuroru Ramiz Novruzov, rayon məhkəməsinin sədri Allahverdi Bağırov, icra hakimiyyətinin nümayəndəsi İmran Məmişov mühazirələr oxumuş və seçki komissiyaları üzvlərinin suallarını cavablandırmışlar.
6 saylı Culfa-Babək seçki dairəsində də dairə seçki komissiyasının üzvləri və dairədə fəaliyyət göstərən məntəqələrin sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurs keçirilmişdir. Dairə seçki komissiyasının sədri Əzim Əzimov "Seçki prosesində yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri", Culfa Rayon İcra Hakimiyyətinin şöbə müdiri Əqil Məmmədov "Seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasında öz səlahiyyətləri daxilində şərait yaradılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması" mövzusunda çıxış etmişdir. Rayon prokuroru Əli Adıgözəlov "Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik sistemi və məsuliyyət növləri", rayon Polis Şöbəsinin rəisi İlham Məmmədov "Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri" barədə iştirakçıları məlumatlandırmışdır. Kursun sonunda seminar keçirilmişdir.
7 saylı Ordubad-Culfa seçki dairəsində də seçki hüququ üzrə ixtisaslaşdırılmış kurs keçirilmişdir. Dairə seçki komissiyasının sədri Həsən Həsənov kursun keçirilməsinin əhəmiyyətindən danışdıqdan sonra "Seçki prosesində yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri" mövzusunda çıxış etmişdir. Daha sonra Ordubad Rayon Polis Şöbəsinin rəisi Həsən Məmmədov, rayon prokuroru Yusif Abdullayev, rayon məhkəməsinin sədri Bəxtiyar Məmmədov, rayon icra hakimiyyətinin şöbə müdiri Emin Mehbalıyev mühazirələr oxumuş və məntəqə seçki komissiyaları üzvlərinin suallarını cavablandırmışlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında