Azərbaycan ilə Özbəkistan arasında əlaqələr yüksək səviyyədədir

Özbəkistanda səfərdə olan Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov özbəkistanlı həmkarı Bahadur Matlyubov ilə birlikdə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət etmişdir. Azərbaycanın və Özbəkistanın daxili işlər nazirləri ulu öndər Heydər Əliyevin mərkəzin yerləşdiyi binanın qarşısındakı abidəsi önünə əklil və çiçək dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Ölkəmizin Özbəkistandakı səfiri Namiq Abbasov qonaqlara Azərbaycan Mədəniyyət Mərkəzi haqqında məlumat vermiş, burada fəaliyyət göstərəcək dərnəklər barədə danışmışdır. Bildirilmişdir ki, ulu öndərin adını daşıyan mərkəzdə təntənəli mərasimlər, eləcə də sərgi və konsert salonları, kitabxana yaradılmışdır.
Sonra qonaqlar mərkəzdəki Heydər Əliyev Muzeyi, Azərbaycanın Dövlətçilik Tarixi Muzeyi, həmçinin Azərbaycan və Özbəkistanın Müştərək Tarixi Muzeyi ilə tanış olmuşlar. Burada yaradılmış şərait qonaqlarda xoş təəssürat doğmuşdur.
Ramil Usubov burada Azərbaycan diasporunun üzvləri ilə görüşüb söhbət etmişdir.
Nümayəndə heyəti Buxara və Səmərqənddə də olmuş, bu şəhərlərdəki qədim abidələrə baxmışdır.
Azərbaycan nümayəndə heyətinin Buxara və Səmərqənd vilayətlərinin hakimləri Samoyiddin Xusenov və Zair Mirzayev ilə görüşlərində qonaqlara bu qədim şəhərlərdə tarixin yadigarı olan abidələrin bərpası sahəsində görülən işlər, yeni tikintilər haqqında məlumat verilmişdir.
Ramil Usubov AzərTAc-ın xüsusi müxbiri ilə söhbətində demişdir: "Dost ölkəyə səfərimin gedişində bir daha əmin oldum ki, əlaqələrimiz yüksək səviyyədədir, Azərbaycanın və Özbəkistanın dövlət başçıları İlham Əliyev və İslam Kərimovun siyasi iradəsi nəticəsində bu əməkdaşlıq daha da inkişaf edəcəkdir. Mən burada yaşayan azərbaycanlılara göstərilən dostluq və qardaşlıq münasibətinin şahidi oldum. Bu dostluq tellərinin tarixi əsası vardır. Dinimiz birdir, dilimiz, mədəniyyətimiz, adət-ənənələrimiz oxşardır. Elə ona görə də burada doğmalıq gördüm. Mən dost özbək xalqına firavanlıq arzulayıram".

{nl}

Qulu KƏNGƏRLİ AzərTAc-ın xüsusi müxbiri
Daşkənd


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında