Kaspi Təhsil Mərkəzi müstəqil təhsil məkanında aktual və novator layihələri ilə daim fərqlənir

Kaspi Təhsil Mərkəzi müstəqil təhsil məkanında aktual və novator layihələri ilə daim fərqlənir.
Bu sözləri "Kaspi" Şirkətlər Qrupunun rəhbəri Sona Vəliyeva Kaspi Təhsil Mərkəzinin ənənəvi hesabat tədbirində demişdir.
S.Vəliyeva qeyd etmişdir ki, təhsil mərkəzində vaxtilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ekspert qruplarında çalışmış peşəkar müəllim kollektivi toplanmışdır. O bildirmişdir ki, mərkəz 2010-2011-ci tədris ilində abituriyentlərin ali məktəblərə qəbulu üzrə yüksək nəticələr göstərmişdir. Mərkəzin kurslarını bitirmiş abituriyentlərdən 92 faizi yüksək bal toplayaraq ali məktəblərə daxil olmuşdur. Bununla da mərkəzdə yeni tədris mexanizmi və metodlarının uğurla tətbiq edildiyi sübuta yetirilmişdir.
S. Vəliyeva onu da diqqətə çatdırmışdır ki, mərkəz cari ildə Bakı şəhəri üzrə bir sıra məktəblərdə pulsuz sınaq imtahanları keçirmiş, bu imtahanlarda 3000-ə yaxın şagird iştirak etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında