Rəcəb AKDAĞ: "Azərbaycanda səhiyyə sahəsində mühüm işlər həyata keçirilir"

Türkiyə Azərbaycanla səhiyyə sahəsində böyük əməkdaşlıq edir və qarşılıqlı təcrübə mübadiləsi aparır. SİA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycanda keçirilən Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61-ci sessiyasında iştirak etmək üçün Bakıya səfər edən Türkiyənin səhiyyə naziri Rəcəb Akdağ jurnalistlərə açıqlamasında bildirib. 
Nazir qeyd edib ki, qarşıdakı günlərdə də bu tədbirlər davam etdiriləcək. Onun sözlərinə görə, belə bir tədbirin Azərbaycanda keçirilməsi çox vacibdir və səfər təcrübə mübadiləsi üçün əhəmiyyətli olacaq.
Azərbaycanın son illərdə səhiyyə sahəsində çox böyük irəliləyişlər əldə etdiyini deyən R.Akdağ bu ölkənin səhiyyə sahəsində mühüm işlər həyata keçirdiyini söyləyib. Nazir Azərbaycan dövlətinin ən başlıca məqsədinin səhiyyə sahəsində xalqa xidmət etmək olduğunu xüsusi vurğulamışdır. Onun sözlərinə görə, səfər çərçivəsində Səhiyyə Nazirliyində görüş keçiriləcək və təcrübə mübadiləsi üçün səhiyyə naziri Oqtay Şirəliyev Türkiyəyə dəvət ediləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında