Sessiyanın Bakıda keçirilməsi ölkəmizin nüfuzunu göstərir

Dünya Səhiyyə Təşkilatının tədbirinin Bakıda keçirilməsi təsadüfi deyil. Son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi, səhiyyədə də böyük inkişaf əldə edilib və bu sistemin müasir tələblərə cavab verməsi üçün lazımi islahatlar həyata keçirilir. Hər il səhiyyəyə dövlət büdcə xərcləri artırılır, ölkədə yeni səhiyyə ocaqları və sağlamlıq mərkəzləri inşa edilir, mövcud səhiyyə obyektləri əsaslı təmir olunur.
Son illər Azərbaycanda 400 -dən çox səhiyyə müəssisəsi tikilib və yaxud əsaslı təmir olunmuşdur. İnşa edilən obyektlər arasında Oftolmalogiya Mərkəzini, Talessemiya Mərkəzini, Elmi Cərrahiyyə Mərkəzini, 30-dan çox Olimpiya - İdman Mərkəzini göstərmək olar.
Ölkəmizdə insan sağlamlığına yönəlmiş böyük proqram və layihələr həyata keçirilir. Səhiyyədə aparılan islahatlar, bu sahədə beynəlxalq əlaqələr, həkimlərin təkmilləşdirilməsinə və onların xaricdə təhsili məsələsinə verilən diqqət öz müsbət nəticəsini göstərməkdədir. Ölkəmizin səhiyyəsində əldə edilən uğurlarda Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi genişmiqyaslı layihələrin böyük rolu vardır.
Bakıda keçirilən və yüksək səviyyədə təşkil edilmiş Dünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 61 - ci sessiyası Azərbaycanın Avropaya inteqrasiyası və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması baxımından böyük əhəmiyyət kəsb edir.

{nl}

Aris RÜSTƏMOV, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında